Allahverdi Həsənli: “Son iki il ərzində Əhmədli Bələdiyyəsinin 50 min manatdan artıq DSMF borcunu bağlamışıq”
“2022-ci ilin may ayında sədr seçiləndə Əhmədli Bələdiyyəsinin
DSMF-yə olan borcu 85 min manatı keçmişdi”-bu fikirləri adıçəkilən bələdiyyənin
gənc və perspektivli sədri Allahverdi Həsənli kollektiv üzvlərinin və “Bələdiyyələrin
fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqlinin iştirakıyla
keçirilən görüşdə bildirib.
2022-ci ilin birinci beş ayında bələdiyyənin büdcə gəliri 10
min manata catmamışdısa, sonrakı dövrdə
bələdiyyənin əldə etdiyi maliyyə vəsaitinin həcmi 117 min manatı
keçmişdi.
2021 və 2023-cü illəri müqayisə etsək əmlak və torpaq vergisinin həcminin altı dəfədən
cox artdığının şahidi olarıq.
Belə ki, 2021-ci ildə 17.633 manat əmlak vergisinə qarşı,
2023-cü ildə 104.787 manat, 10.577
manata qarşı 54.284 manatlıq torpaq vergisi yığılmışdı.
Son iki ilə yaxın bir müddət ərzində kollektiv üzvlərinin hər
biri işinə məsuliyyətlə yanaşaraq əvvəlki illərdə buraxılmış səhvlərdən nəticə
çıxarmağı bacarmışlar. Məhz əldə edilən uğurlarda kollektivin hər bir üzvünün əməyi
danılmazdır. Bu fikriləri də sədr bildirib.
Daha sonra Allahverdi Həsənli qeyd edib ki, hazırda bələdiyyənin
DSMF borcunun həcmi 32 min manatadək azaldılıb. Bu ilin sonunadək borcu ümumiyyətlə
bağlamaq niyyətimiz var. Hazırda ərazidə olan 3.200 təsərrüfatın yalnız
1200-nin sənədi var. Əmlakın sənədinin olmaması, sözsüz ki, bələdiyyənin büdcə
gəlirlərinin artmasına imkan vermir.
Vergi xidmətinin əməkdaşları mütəmadi olaraq vergi ödəyiciləriylə
işləyərək maarifləndirici söhbətlər aparır. Təəssüf ki, bəzən vətəndaşlar
vergilərini ödəməyə meylli olmurlar, maraq göstərmirlər. Dəfələrlə bildirişlər
göndərilsə də, hətta reaksiya
belə verməyənlər tapılır.
Belə olan halda barələrində
tərtib edilmş
aktlar icra və probasiya şöbəsinə göndərilir. Son iki il ərzində 188 vergi ödəyicisi
haqqında tərtib edilmiş akt müvafiq orqana göndərilmişdir. Nətiə etibariylə 21.500 manat vergi borcu məhz bu istiqamətdən
əldə edilmişdir.
Cari ilin sonunadək daha 30 min manatlıq borcun alınması həyata keçiriləcəkdir.
Görüşdə vergi xidmətinin rəhbəri Elmar Sayadov və “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri Vüqar Tofiqli Əhmədli Bələdiyyəsinin fəaliyyətində qarşılaşdıqları problemlərin həlliylə bağlı öz fikir və mülahizələrini bölüşüblər.
Belediyye.info
Rəylər
0 Rəy