Bələdiyyə sədri: “Son beş ildə əmlak vergisinin həcmini 67 faiz artırmışıq”
Bələdiyyələri
ziyarətim davam edir. Bu dəfə Nardaran və Maştağa bələdiyyələrinin inzibati binalarında oldum. Nardaran
bələdiyyəsinin inzibati binasında ilk dəfə idiki olurdum. Müasir üslubda inşa
edilən binada bir nəfər yeni təyin edilən işçi ilə bir xeyli söhbətim oldu. Sədr
və işçilər tam heyətlə qəsəbədə icra
başçısının keçirdiyi səyyar görüşdə
öldugundan, Maştağa Bələdiyyəsinə üz tutdum.
Maştağa
Bələdiyyəsində isə həyat qaynayırdı. Hər kəs iş başında idi. Sədr Mikayıl Məmmədovla
maraqlı söhbətim oldu. Söhbət
zamanı 20-ə yaxın qəsəbə
sakini sədrin
kabinetinə daxil oldu. Problemləri küçələrinə asfalt salınmasıyla bağlı idi. Sədrlə
birgə mən də söhbətə qoşulası oldum.
Hər
halda sakinlər kabinetə müəyyən mənada əsəbi formada daxil olsalar da, burada söhbət zamanı tam
sakitləşdilər. Elə başa düşüldü ki, öz tanıdıqları quruma ərk edib gəliblər. Sakinlərlə
söhbətimdə məlum oldu ki, bu tərkibdə onlar bundan əvvəl qəsəbə icra nümayəndəliyində
olublarmış. Nümayəndəliyin hansısa rəsmisinin hansısa ifadəsi sakinləri az qala
çərçivədən çıxarıbmış. Hər halda görüşdə belə dedilər.
Görüş
zamanı sakinlər bildirdilər ki, ötən il bu məsələ ilə bağlı müraciət zamanı bələdiyyə
2.500 manat maddi dəstək göstəribmiş.
Belə başa düşüldü ki, sakinlərin ərazidə inşa
etdirdikləri mənzillərə hər bir kommunal sahə xidmət göstərir. Hətta bələdiyyədən
müəyyən razılıqlarını da ifadə etdilər.
Sədr
Mikayıl Məmmədov sakinləri dinlədikdən sonra problemin həliyylə bağlı bələdiyyənin
işçi heyətinin əraziyə baxış keçirəcəyini və tez bir zaman kəsiyində qaldırılan
məsələnin həllinə bir daha dəstək veriləcəyini bildirdi.
Sakinlər
isə bunun qarışılığında bələdiyyə vergilərini vaxtında ödəməyi, hətta könüllü şəkildə
ianə edəcəkləri bildirdilər.
Həqiqətən
etiraf edim ki, bəlkə arada sədrin təmkin nümayiş etdirməsi, sakinlərə ürəklərini
boşaltmaq üçün imkan verməsi nəticədə
yarana biləcək incikliyin və narazılığın şişməsinin qarşısını almış oldu.
Beləliklə, Maştağa Bələdiyyəsinin sədri Mikayıl Məmmədovla söhbətə başlayıram.
***
Sədr
ilk olaraq yenilənmiş BAMS proqramının əhəmiyyətindən, bələdiyyəyə verdiyi
xeyrdən danışdı. Ötən il ərzində bələdiyyənin 20 min manatlıq dotasiya ilə bərabər
410 min manat büdcə gəlirinin olduğunu dilə gətirdi. Əldə olunan rəqəmin 97.717
manatı torpaq vergisindən, 237.479 manatı əmlak vergisindən, 23.038 manatı icarə
haqqlarından, 24.335 manatı sahibkarlıq subyektlərindən, 7.500 manatı isə digər
istiqamətlərdən daxil olub.
Sədr
onu da əlavə etdi ki, 2019-cu illə müqayisədə əmlak vergisdinin həcmi 67 faiz
artıb. Belə ki, 2019-cu ildə 290 min manat büdcə gəlirinin 161.386 manatı əmlak
vergisindən daxil olmuşdu. Ötən il isə
bu rəqəm 237.479 manat olub.
Ötən
ilin sonlarından Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi, milli bələdiyyə
assosiasiyalanın təşkilatçılığı ilə BAMS-ın Əmlak məsələləri Dövlət Xidmətinin
məlumat sisteminə inteqrasiya edilməsi bizim büdcə gəlirlərimizə öz müsbət təsirini
göstərməkdədir. Belə ki, ötən ilin ilk on bir ayında ayı ərzində ortalama 28 min manat əldə olunurdusa dekabr ayında büdcə
gəliri 51.600 manata çatıb.
Cari ilin
ilk üç ayı ərzində artım müşahidə edilməkdədir. Yanvar ayında 32.000, fevral ayında 39.000 və mart ayında
isə 38.000 manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrüylə müqayisədə 17.500
manat artıq deməkdir. Məhz artımın ilin sonunadək davam edəcəyini gözləyirik.
Yenilənmiş
BAMS proqramında bələdiyyənin məlumat sisteminə aid məlumatların yerləşdirilməsi
sürətlə davam edir.
Sədr
qeyd edib ki, ərazidə 10 minə yaxın vergi ödəyicimizdən hələ ki 2.300 sistemə
daxil edilib. BAMS-ın verdiyi imkandan yararlanaraq artıq cari ilin sonunadək
digər vergi ödəyiciləri barəsində məlumatların yerləşdirilməsi üzərində iş aparılır.
Bələdiyyənin
üzləşdiyi problemlərdən ən əsası isə ərazidəki
evlərin 70 faizədk hissəsinin sənədinin olmamasıdır.
Bununla
yanaşı İcra və probasiya şöbəsinə ünvanladığmız müraciətlərin hələ də icra olunmaması
təəssüf hissi doğurur. 15-dək tərtib edilmiş akta görə bələdiyyə büdcəsinə 43.000
manat vəsait daxil olmalı idi. Lakin icra şöbəsinə müraciətimiz hələ ki
cavabsız qalıb. Və borclu vətəndaşlardan alacağımız vəsait havadan sanki asılı
qalıb.
Bu gün
bizim əsas məqsədimiz seçicilərimizin xidmətində layiqincə dayanmaqdır. Əldə etdiyimiz vəsaitlə hər bir müraciət
edən sakinimizin qaldırdığı problemin həllinə çalışırıq. Hər bir vətəndaşımızı
Maştağa Bələdiyyəsindən razılıq hissiylə ayrılmasını istərdik.
***
Ziyarətimiz davam edir. Hər halda sədr yerində olanda sakində
bələdiyyənin üstünə qaçır və vergiləri də ödəyir. Hər kəsə uğurlar.
Vüqar
Tofiqli
Belediyye.info
Rəylər
0 Rəy