Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

25-03-2024 , 19:36

971

Son xəbərlər

Bütün xəbərlər

Bu həmdə ziyalıya verilən qiymətdir

Gündəlik Xəbərlər
05-12-2024

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bələdiyyə Qaxın Ənbərçay kəndində  keçirilən at yarışının təşkilatçılarındandır


Baharın gəlişi və Novruz bayramının qeyd edildiyi bu günlərdə qədim el-ənənələri, tarixi oyunlar yada düşür.

Qaxın Ənbərçay kəndində at yarışlarının keçirilməsi ənənəsi bu gün də yaşadılır. Kənddə tarixən at saxlayan, atdan istifadə edən çox olub və at yarışlarının keçirilməsi də həmin istəkdən irəli gəlir. Bu kənddə dədə-babadan at insanların həyatında mühüm rol oynayıb. Maraqlıdır ki, hazırda kənddə at saxlayanların sayı 50 nəfərə çatır. Əksər təsərrüfat işlərini atla görən Ənbərçaylılar el bayramlarında da qədim oyunları və yarışları unutmurlar.

Kənd sakini Şahin Yusifov yarışların təşkilatçılarından biridir. Şahin deyir ki, gözünü açandan həyətlərində at görüb və bu gün də həyətində iki at saxlayır. Yarışların keçirilməsinin əsas məqsədi isə gənclər arasında sağlam mühit formalaşdırmaqdır.

“Biz bu yarışları həmişə keçirmişik. Bizdə çaparlar və həvəskarlar çoxdur. Gənclərin də bu idmana, atçılığa həvəsi olduğu üçün yarışlar ərsəyə gəldi”-deyən, Şahin Yusifov çaparları sıraya düzür və əlini qaldırıb iştirakçıların onun işarəsini gözləməyi tapşırır.

Beləcə yarışlara start verilir. 18 çapar kəndin yollarında mübarizəyə qoşulur. Böyükdən kiçiyə hamı yarışları maraqla izləyir. Onlardan biri Təranə Həsənovadır. Kənd sakini ilə söhbətdən bəlli olur ki, onun oğlu da bu yarışlarda iştirak edir. Hazırda isə Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində sərhədlərimizin keşiyini çəkir.

Nəhayət finiş xəttində ilk çaparlar görünməyə başlayır. 6 kilometrlik məsafəni ən tez qət edən yarışlarda ikinci dəfə iştirak edən 19 yaşlı Nicat Mahmudov olur. Yarışla bağlı təəssüratlarını bölüşən Nicat bildirir ki, ilk uğurundan sevincli və qürurludur.

Qeyd edək ki, yarışın təşkilatçıları Şəki-Zaqatala Gənclər və İdman İdarəsinin Qax rayon sektoru və kənd bələdiyyəsidir. Mükafatlandırma mərasimində çıxış edən bələdiyyə sədri Səxavət Hədisov bildirib ki, yarışlarda iştirak edənlər həvəskarlardır. Gələcəkdə isə bu tarixi ənənə daha mükəmməl şəkildə- Qaxın digər kəndlərindən olan çaparların da iştirakı ilə təşkil oluna bilər.

https://azertag.az