Nizami Bələdiyyəsi şəhid ailələri və qazilərə bayram sovqatı paylayıb
"Şəhid ailələrinə və qazilərə qayğı ilə yanaşmaq,
onlara lazımi maddi və mənəvi dəstək göstərmək hər bir bələdiyyənin sosial
proqramlarının əsas tərkib hissəsi olmalıdır" - bu fikri Belediyye.infoya
Nizami Bələdiyyəsinin sədri Vüqar Quliyev bildirib.
Sədr bildirib ki, ölkəmizdə dövlətimiz tərəfindən vətəndaş
rifahının yaxşılaşdırılması və həssas əhali qruplarının sosial müdafiəsinin
gücləndirilməsi istiqamətində əhəmiyyətli işlər görülür və görülməkdədir. Dövlətimizlə
bərabər, bələdiyyəmizdə humanist layihələrə dəstək verir, bu kateqoriyaya aid vətəndaşlara
qayğı göstərirlər.
Şəhid ailələri, qazilər və aztəminatlı ailələrə bayramlarda
və əlamətdar günlərdə sovqatlar, hədiyyələr göndərilir, bayram süfrələri təşkil
olunur.
Layihə çərçivəsində bu gün ərzində 45 şəhid ailəsi və qaziyə ərzaq yardımı göstərilib.
Sədr qeyd edib ki, bələdiyyə şəhid ailələrinə və qazilərə
mütəmadi dəstək verməkdədir: "Bələdiyyəmizin əsas məqsədimiz əziz günlərdə
onları yad etmək, mənəvi dəstək olmaqdır. Bu, hər bir bələdiyyənin müqəddəs
borcudur"
Belediyye.info
Rəylər
0 Rəy