Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-12-2023 , 17:58

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Telman Süleymanov: “Heydər Əliyev ilinə  hər bir bələdiyyə öz töhfəsini verməyə borcludur”


 “Prezident Adminstrasiyasının və Ədliyyə Nazirliynin müvafiq qurumlarının bələdiyyələrin qarşılaşdığı problemlərin həlliyylə bağlı həyata keçirdikləri layihələr həqiqətən təqdirəlayiq hesab edilməlidir”-bu fikirləri Xəzər rayonu Şüvəlan Bələdiyyəsinin sədri Telman Süleymanov  bələdiyyə iclasında bildirib.

Sədrin sözlərinə görə, həyata keçirilən layihələrdən biri kimi Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sisteminin (BAMS) təkmilləşdirilməsi və bu sistemin Adminstrasiyanın Bələdiyyələrlə iş sektorunun dəstəyi ilə Əmlak məsələləri Dövlət Xidmətinin bazasına inteqrasiya edilməsi bələdiyyə büdcəsinin yüksəlməsinə ciddi şəkildə təsir edəcəkdir.

Bu gün ərazimizdə kifayət qədər sənədsiz mənzil olsa da, sənədi olan əmlaklardan vergi yığımında da ciddi problemlə üz-üzə qalmışıq. İnteqrasiya bizim bu problemimizin həllinə dəstək verəcəyinə inanırıq. Təqdirəlayiq haldır ki, bununla yanaşı Bələdiyyələrə iş mərkəzinin dəstəyi ilə BAMS-ın mobil notariat sisteminə yaxın günlərdə  əlaqələndirilməsi nəzərdə tutulur.

Sədr çıxışında qeyd edib ki, nəticə etibariylə atılan addımlar həm də  bələdiyyənin vergi xidmətinin bütün əməkdaşlarının məsuliyyət yükünü bir xeyli artırmış olacaqdır. Odur ki, hazırda vergi müfəttişlərinin əsas fəaliyyəti həm də əhali arasında maarifləndimə işinin aparılmasıdır. Hər bir bələdiyyə üzvü və qulluqçusu  Heydər Əliyev ilində öz töhfəsini verməyə borcludur.

Görüşdə bələdiyyənin üzvləri və vergi xidmətinin müdiri Rizvan Rəhimov iştirak edərək mövzu lə əlaqəli öz fikir və mülahizələrini bölüşüblər.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər