Bəylər Həsənov: "Binəqədi qəsəbə Bələdiyyəsinin növbəti il üçün büdcə layihəsi müzakirəyə çıxarılıb"
Binəqədi qəsəbə Bələdiyyəsinin növbəti il üçün büdcə layihəsi ilkin müzakirəyə təqdim olunub. Yeni büdcə layihəsinin hazırlanması zamanı əsas diqqət sosialyönümlü tədbirlərə, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin həllinə və bələdiyyənin maliyyə imkanlarından səmərəli istifadəyə yönəldilib.
Bu
barədə Binəqədi qəsəbə Bələdiyyəsinin sədri Bəylər Həsənov məlumat verib.
Sədr
bildirib ki, fəaliyyətimizin əsas istiqamətlərindən biri vətəndaş məmnunluğunun
təmin olunması, sakinlərin müraciət və təkliflərinin daim diqqətdə
saxlanılmasıdır. Çalışırıq ki, hər bir vətəndaşın müraciətinə fərdi yanaşılsın,
qaldırılan məsələlər araşdırılsın və bələdiyyənin səlahiyyətləri çərçivəsində
onların həlli üçün müvafiq addımlar atılsın. Hesab edirik ki, yerli özünüidarəetmənin
səmərəliliyi, ilk növbədə, sakinlərlə qurulan sağlam ünsiyyətdən və onların
ehtiyaclarına həssas münasibətdən asılıdır.
Cari
ildə bələdiyyənin büdcə gəlirlərində müəyyən artım müşahidə olunsa da, bunu hələ
qarşıya qoyduğumuz məqsədlər baxımından kifayət qədər ciddi nəticə hesab
etmirik. Məhz buna görə də vergi xidmətinin qarşısında duran əsas vəzifələrdən
biri gəlir mənbələrinin daha dolğun müəyyənləşdirilməsi, vergi-uçot sistemində
mövcud boşluqların aradan qaldırılması, yerli vergi və ödənişlərin yığım səviyyəsinin
yüksəldilməsidir. Bu istiqamətdə sistemli və ardıcıl iş aparılması bələdiyyənin
maliyyə dayanıqlığının möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Cari
ilin mühüm nəticələrindən biri də bələdiyyə qulluqçularının daha səmərəli fəaliyyət
göstərməsi üçün inzibati binada əsaslı təmir işlərinin həyata keçirilməsi və iş
şəraitinin yaxşılaşdırılmasıdır. Bununla yanaşı, rəqəmsallaşma istiqamətində
atılan addımları da fəaliyyətimizin vacib yeniliklərindən hesab edirik. Müasir
idarəetmə mexanizmlərinin tətbiqi, sənədləşmə və uçot proseslərinin təkmilləşdirilməsi
işin operativliyinə, şəffaflığına və keyfiyyətinə müsbət təsir göstərir.
Digər
tərəfdən, kollektivdə formalaşan səmimi münasibət, qarşılıqlı etimad və sağlam
işgüzar mühit ümumi fəaliyyətimizin nəticələrinə öz töhfəsini verir. Bizim üçün
vacib olan yalnız gündəlik vəzifələri yerinə yetirmək deyil, həm də vahid
komanda olaraq qarşıya qoyulan məqsədlərə doğru inamla irəliləməkdir. Düşünürəm
ki, bu yanaşma bələdiyyənin qəsəbə sakinləri arasında mövqeyinin və ictimai
nüfuzunun möhkəmlənməsinə də müsbət təsir göstərir.
Qarşıdakı dövrdə əsas diqqətimizi büdcə gəlirlərinin artırılmasına, sosialyönümlü layihələrin dəstəklənməsinə, vətəndaş müraciətlərinə operativ münasibətin təmin edilməsinə və idarəetmədə müasir yanaşmaların genişləndirilməsinə yönəldəcəyik.
Belediyye.info
Rəylər
0 Rəy