Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

27-10-2026 , 21:01

105

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Bakıxanov bələdiyyəsi sakinlərin müraciətlərinin nəzərə alınmasına xüsusi diqqət yetirir”

Bakıxanov qəsəbəsində abadlıq işləri davam etdirilir. Belə ki, Bakıxanov bələdiyyəsi tərəfindən Muxtar Fətəliyev küçəsində yerləşən 1 saylı yaşayış binasının həyətində yeni asfalt örtüyü çəkilmişdir.

Bu barədə Belediyye.infoya məlumatı adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.

Sədr qeyd edib ki, aparılan abadlıq işləri nəticəsində 300-ə yaxın sakinin yaşadığı binanın həyəti yenilənərək daha səliqəli, rahat və müasir görkəm almışdır. Həyət ərazisinə yeni asfalt örtüyünün salınması sakinlərin gündəlik rahatlığının təmin olunmasına, yaşayış mühitinin yaxşılaşdırılmasına və ərazinin infrastrukturunun daha da müasirləşdirilməsinə töhfə verir.

Bakıxanov bələdiyyəsi qəsəbə ərazisində abadlıq və quruculuq işlərinin genişləndirilməsinə, ictimai yaşayış sahələrinin yaxşılaşdırılmasına, eləcə də sakinlərin müraciət və ehtiyaclarının nəzərə alınmasına xüsusi diqqət yetirir.

Sakinlərin daha rahat və əlverişli yaşayış şəraitinin təmin edilməsi məqsədilə qəsəbədə abadlıq və quruculuq tədbirləri bundan sonra da davam etdiriləcəkdir.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Şəhid atası ziyarət olunub

Bakı
02-09-2026
778