Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-09-2026 , 22:33

101

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Ruhin Orucov: “Qəsəbədə abadlıq və təmir işləri həyata keçirilib”


“Bakıxanov bələdiyyəsi qəsəbə ərazisində abadlıq quruculuq işlərinə hər daim öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.

Sədr qeyd edib ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakıxanov Bələdiyyəsinin birgə fəaliyyəti çərçivəsində qəsəbənin Gənclik və Şamil Kamilov küçələrində abadlıq və təmir işləri həyata keçirilib.

Aparılan işlər çərçivəsində piyada səkilərində yenidənqurma və təmir işləri görülüb, yolun çökmüş və yararsız vəziyyətdə olan hissələri bərpa edilərək yeni asfalt örtüyü ilə təmin olunub.

Həyata keçirilən tədbirlər ərazinin abadlaşdırılmasına, yol infrastrukturunun yaxşılaşdırılmasına, eləcə də sakinlərin və piyadaların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsinə yönəlib.

Sakinlər görülən işləri razılıqla qarşılayıblar.

Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1742