Ruhin Orucov: “Qəsəbədə abadlıq və təmir işləri həyata keçirilib”
“Bakıxanov bələdiyyəsi qəsəbə ərazisində abadlıq quruculuq işlərinə hər daim öz töhfəsini verməkdədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Ruhin Orucov deyib.
Sədr
qeyd edib ki, Sabunçu Rayon İcra Hakimiyyəti və Bakıxanov Bələdiyyəsinin birgə
fəaliyyəti çərçivəsində qəsəbənin Gənclik və Şamil Kamilov küçələrində abadlıq
və təmir işləri həyata keçirilib.
Aparılan
işlər çərçivəsində piyada səkilərində yenidənqurma və təmir işləri görülüb,
yolun çökmüş və yararsız vəziyyətdə olan hissələri bərpa edilərək yeni asfalt
örtüyü ilə təmin olunub.
Həyata
keçirilən tədbirlər ərazinin abadlaşdırılmasına, yol infrastrukturunun
yaxşılaşdırılmasına, eləcə də sakinlərin və piyadaların rahat və təhlükəsiz hərəkətinin
təmin edilməsinə yönəlib.
Sakinlər görülən işləri razılıqla qarşılayıblar.
Belediyye.info
Rəylər
0 Rəy