Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

19-08-2026 , 21:46

43

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib

Yasamal Bələdiyyəsinin sədri Tahir Məmmədovun, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovun və bələdiyyənin icra aparatın məsul işçilərinin iştirakı ilə Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsi 98 saylı binanın sakinləri ilə növbəti səyyar görüş  keçirilmişdir. Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov  ilk öncə sakinlərə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.

 

Daha sonra sakinlər  binanın həyətində abadlıq işlərinin aparılması, oturacaqlar və söhbətgahların təmir edilməsi, ağacların budanması,quru ağacların götürülməsi və müxtəlif sosial məsələləri əhatə edən bir sıra mövzular qaldırdılar.Səsləndirdikləri məsələlərin həlli ilə bağlı tədbirlər müəyyənləşdirildi.Sakinlərdən Mirməhərrəm Seyidov,Lətifə Qasımova,Leyla Süleymanova,Gülgəz Mikayılova çıxış edərək  rayon ərazisində aparılan abadlıq- quruculuq  işlərinə görə Prezident  cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

 

Rayon ərazisində sakinlərlə səyyar görüşlər atərəfindən mütəmadi olaraq davam etdirilir.         

Yasamal bələdiyyəsi                          

 

 

Rəylər

0 Rəy


Rəy yaz