Yasamal bələdiyyəsi rəhbərliyinin sakinlərlə növbəti görüşü keçirilib
Yasamal
Bələdiyyəsinin sədri Tahir Məmmədovun, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin
rəisi Vüsal Hüseynovun və bələdiyyənin icra aparatın məsul işçilərinin iştirakı
ilə Yasamal rayonu Mirzə Cabbar Məmmədzadə küçəsi 98 saylı binanın sakinləri
ilə növbəti səyyar görüş keçirilmişdir.
Səyyar görüşdə çıxış edən bələdiyyənin sədri Tahir Məmmədov ilk öncə sakinlərə Yasamal Rayon İcra
Hakimiyyətinin başçısı cənab Elşad Həsənovun salamlarını çatdırdı.
Daha
sonra sakinlər binanın həyətində abadlıq
işlərinin aparılması, oturacaqlar və söhbətgahların təmir edilməsi, ağacların
budanması,quru ağacların götürülməsi və müxtəlif sosial məsələləri əhatə edən
bir sıra mövzular qaldırdılar.Səsləndirdikləri məsələlərin həlli ilə bağlı
tədbirlər müəyyənləşdirildi.Sakinlərdən Mirməhərrəm Seyidov,Lətifə
Qasımova,Leyla Süleymanova,Gülgəz Mikayılova çıxış edərək rayon ərazisində aparılan abadlıq-
quruculuq işlərinə görə Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını
bildirdilər.
Rayon ərazisində sakinlərlə səyyar görüşlər atərəfindən mütəmadi olaraq davam etdirilir.
Yasamal bələdiyyəsi
Rəylər
0 Rəy