Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

11-07-2026 , 23:24

86

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Kamandar Zeynalov: “Torpaq vergisində azalma müşahidə olunsa da, əmlak vergisinin həcmində 3.5 dəfəyədək artım olub”

“Cari ilin birinci yarısında  Bilgəh bələdiyyəsinin büdcə gəlirləri 120.416 manat təşkil edib. Əvvəlki illə müqayisədə on bir faiz artım müşahidə olunub. Əldə edilən büdcə gəlirinin 34.155 manatı torpaq vergisindən,  86.261 manatı isə əmlak vergisindən daxil olub. Ötən ilin müvafiq dövründə torpaq vergisinin həcmi 79.575 manat, əmlak vergisinin həcmi isə  25.203 manat olmuşdur. Göründüyü kimi, torpaq vergisində azalma müşahidə olunsa da, əmlak vergisinin həcmində 3.5 dəfəyədək artım olub.”

Sədr  Kamandar Zeynalov Belediyye.infoya açıqlamasında daha sonra bildirib ki, əvvəlki illərdə bələdiyyə büdcəsinə mehmanxana ödənişləri olsa da son iki il ərzində qəsəbə ərazisində fəaliyyət göstərən mehmanxanaların təmirə   dayandırılması bələdiyyənin büdcə gəlirlərinə ciddi şəkildə təsir edib.

Hazırda bələdiyyənin vergi xidməti Bələdiyyələrin Vahid İnformasiya Sisteminin (BVİS) verdiyi bütün imkanlardan yetərincə isifadə etməyə çalışır.

Yeni inzibati binada fəaliyyət göstərən bələdiyyədə hər bir kollektiv üzvünə fəaliyyəti üçün lazımı şərait yaradılmışdır. Ən müasir informasiya texnologiyaları ilə təmin edilən vergi xidmətinin əməkdaşları bütün hallarda vergi-uçot sistemində mövcud olmuş boşluqları aradan qaldırmaqla yanaşı, həm də ərazidə olan bütün vergi ödəyicilərinin qeydiyyatını aparmaqla onların vergiyə cəlb edilməsini təmin edir.

Qarşıya qoyulan hədəflərə toxunan sədr qeyd edib ki, məqsədimiz büdcə gəlirlərinin həcminin üç yüz min manata çatdırmaqdır.  Bu gün xidmət əməkdaşlarınım fəaliyyəti göstərir ki, qarşıya qoyulan hədəfə çata biləcəyik.

Hazırda vergi ödəyiciləri ilə görüşlərin təşkili, mövcud qanunvericliyin məqamlarının izah edilməsi, üstəlik əlaqə məlumatlarının dəqiqləşdirilməsi həyata keçirilir.

Yarım ildəki fəaliyyətə toxunan sədr qeyd edib ki, Səbunçu RİH tərəfindən həyata keçirilən layihərə dəstək olaraq ərazidə abadlıq-quruculuq işlərinə 40 min manatdan artıq vəsait ayrılıb.

Bununla yanaşı əhalinin həssas qruplarına maddi yardım şəklində 4.450 manat ayrılıb.  

“Qurban bayramı” ilə əlaqədar  şəhid, qazi, əlil və aztəminatlı ailələrə qurban paylarının verilməsi üçün bələdiyyə iclasının qərarı ilə 10 min manatlıq “qurbanlıq” qoyunların alınmasına ayrılıb.

Bələdiyyə olaraq əsas məqsədimiz qəsəbədə vətəndaş məmnunluğunu təmin etməkdir.

Bu layihələrin icrası məhz bu məqsədə xidmət edir. 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Əziz Zeynalova ağır itki üz verib

Bakı
22-06-2026
1214