Elşad Vəliyev: “Bələdiyyə iclasında müzakirə olunan hər bir layihə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir”
“Bu gün rayon ərazisində vətəndaş məmnunluğunun təmin edilməsi üçün Xətai bələdiyyəsi var gücü ilə çalışır. Ancaq gəlin unutmayaq ki, bu məmnunluğunun təminatı bələdiyyənin büdcə gəlirlərindən çox asılıdır. Vergi yığımı potensialı rayon ərazisində böyükdür. Odur ki, bələdiyyənin vergi xidməti var gücü ilə büdcə gəlirlərinin artımına nail olmaq üçün Bələdiyyələrin Vahid İnformasiya Sistemindən (BVİS) yetərincə istifadə etməyə çalışır”-bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Elşad Vəliyev deyib.
Rayon ərazisində aparılan abadlıq-quruculuq
işlərində Xətai bələdiyyəsi öz töhfəsini daim lazımı şəkildə verir. “Abad həyət” layihələrinin icrasında, istər rayonun
yaşıllıq zolaqlarına aqrotexniki xidmətin göstərilməsində, istər şəhid
adlarının əbədiləşdirilməsində, o cümlədən əhalinin aztəminatlı ailələrinə qayğı
və diqqətin göstərilməsində Xətai bələdiyyəsinin danılmaz xdiməti vardır. Əldə
edilən maliyyə vəsaitinin böyük bir hissəsi məhz bu istiqamətə xərclənir. Onu
da etiraf edək ki, hər bir layihənin icrasında Xətai RİH -in dəstəyini hiss
edirik.
Son işlərə toxunan sədr qeyd edib ki, bü
günlərdə Xətai bələdiyyəsi daha bir layihənin icrasına start verib. Belə ki, Babək
prospekti 78 saylı ünvanda bələdiyyə tərəfindən növbəti “Abad həyət” layihəsinin
icrasına başlanılıb. Ərazidə üç ədəd söhbətgahın, uşaq-idman qurğularının quraşdırılması üçün
yerlər artıq hazırlanıb. Gediş-gəliş yerlərinə tamet düzülməsi üçün artıq beton
qatı vurulub. Ərazidə suvarma sisteminin quraşdırılması başa çatdırlıb. Bununla
yanaşı əraziyə müasir işıqlandırma sistemləri quraşdırılması da nəzərdə tutulub. Görülən işlərlə yanaşı əraziyə qazon örtüyünün
vurulması üçün artıq hazırlıq işlərinə başlanılıb. Layihənin yaxın bir ay ərzində
başa çatdırılması nəzərdə tutulub.
Sədr qeyd edib ki, bələdiyyə iclasında
müzakirə olunan hər bir layihə sakinlərimizin sosial rihaf halının, asudə
vaxtlarının səmərəli keçməsi məqsədi ilə icra olunur və vətəndaş məmnunluğunun
təmin edilməsinə xidmət edir.
İlin sonunadək layihələrin icrası davam etdiriləcəkdir.
Belediyye.info
Rəylər
0 Rəy