Anar Adıgözəlov: "Maştağa bələdiyyəsi qəsəbə ərazisində abadlıq işlərini davamlı şəkildə həyata keçirir"
“Maştağa bələdiyyəsi tərəfindən Nizami Gəncəvi küçəsində
cari yol təmir işləri həyata keçirilib”-bu fikirləri adıçəkilən bələdiyyənin sədri
Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, Maştağa bələdiyyəsinin 03 iyul 2026-cı il
tarixli, 13 saylı iclas protokoluna əsasən Sabunçu rayonu, Maştağa qəsəbəsi,
Nizami Gəncəvi küçəsində cari yol təmir işləri icra olunmuşdur. Küçə sakinlərinin
kollektiv müraciətləri nəzərə alınaraq, uzun müddət istismar nəticəsində
yararsız vəziyyətə düşmüş küçədaxili avtomobil yolunda xüsusi texnikalar cəlb
edilməklə hamarlama işləri aparılmış, yol örtüyündə yaranmış çökəklik və
çuxurlar karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş,
yol səthi hamarlaşdırlımışdır.
Anar Adıgözəlov deyib ki, görülmüş işlər nəticəsində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti üçün daha təhlükəsiz və rahat şərait yaradılmış, küçənin yol infrastrukturu əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Maştağa bələdiyyəsi qəsəbə ərazisində mövcud problemlərin həlli, sakinlərin müraciətlərinə operativ baxılması və abadlıq işlərinin davamlı şəkildə həyata keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belediyye.info
Rəylər
0 Rəy