Savalan yaşayış massivində abadlıq və cari yol təmir işləri həyata keçirilib
“Sabunçu rayonu, Maştağa bələdiyyəsinin 18.06.2026-cı il
tarixli, 12 saylı protokoluna uyğun olaraq qəsəbənin Savalan yaşayış massivi, Şəhid
Nicat Qasımlı küçəsində abadlıq və cari yol təmir işləri həyata keçirilmişdir”-bu
fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri Anar Adıgözəlov deyib.
Yaşayış massovondə işlər küçə sakinlərinin kollektiv müraciətləri,
həmçinin həmin küçədə yaşayan şəhid atası Qasımov Elşən İsmayıl oğlunun müraciəti
əsasında aparılmışdır.
Sədr qeyd edib ki, görülmüş işlər çərçivəsində küçədaxili
yol xüsusi texnikalar vasitəsilə hamarlanmış,mövcud çökəkliklər və çuxurlar
karbonat və çınqıl materialları ilə doldurularaq möhkəmləndirilmiş, yol səthi bərabərləşdirilərək
nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz hərəkəti üçün yararlı vəziyyətə
gətirilmişdir.
Həyata keçirilmiş abadlıq və cari yol təmir işləri nəticəsində
ərazidə yaşayan sakinlərin, o cümlədən şəhid ailəsinin gündəlik gediş-gəlişi
üçün daha təhlükəsiz və rahat şərait yaradılmışdır.
Maştağa bələdiyyəsi vətəndaş müraciətlərinə həssaslıqla
yanaşaraq qəsəbənin sosial infrastrukturunun yaxşılaşdırılması istiqamətində fəaliyyətini
davam etdirir.
Belediyye.info
Rəylər
0 Rəy