Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-06-2026 , 11:23

185

Son xəbərlər

Bütün xəbərlər

Sədr qəbul keçirib

Region
12-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İxdiyar Nəcəfov: “Bələdiyyə borclu vətəndaşlarla bağlı tərtib edilmiş aktların icra - probasiyaya göndərilməsinə maraqlı deyil, lakin....”

“Bələdiyyənin vergi xidməti vergi ödəyiciləri ilə daimi işləməli, vətəndaşların üzərinə düşən vergi öhdəlikləri barədə sakinlərlə izahat işlərini aparmalıdırlar”-bu fikirləri Belediyye.infoya Suraxanı rayonu, Qaraçuxur bələdiyyəsinin sədri İxdiyar Nəcəfov deyib.

Sədr qeyd edib ki, ötən ilin ilk beş ayı ərzində icra-probasiyaya 42 vergi ödəyicisi haqqında tərtib edilmiş akt göndərilmişdirsə, cari ilin ilk beş ayında bu rəqəm 31-ə düşüb. Ötən il 42 vergi ödəyicisinin bələdiyyəyə ödəməli olduğu verginin həcmi 11.929 manat , cari ildə isə 31 vergi ödəyicisinin ödəməli olduğu verginin həcmi 8329 manat olmuşdur.

Ötən beş ay ərzində borcun 4546 manatı ilk beş ayda ödənilmiş, cari ildə isə hələ ki 2132 manat ödənilmişdir.

Bələdiyyənin vergi xidməti borclu vətəndaşlarla bağlı tərtib edilmiş aktların icra - probasiyaya göndərilməsinə maraqlı deyil. Əsasən maarifləndirmə işləri aparmaqla borcların əldə etmək niyyəti ilə çıxış edir. Lakin bəzən ödəməkdən yayınmaq istəyən, izahat aparılsa da qanunların tələbinə məhəl qoymayan vətəndaşlar barədə tərtib edilmiş aktları müvafiq orqana göndərmək məcburiyyətində qalırıq.

Düzdür, bu istiqamətdə azalmalar olsa da, lakin problemli vergi ödəyicilərimiz hələ də qalır. Bunun azalması üçün bundan sonra da vergi xidməti yorulmadam izahat işlərini sistemli şəkildə aparır və aparacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər