İsrafil Hüseynov: “Layihənin icra edilməsi ilə bağlı verilən tövsiyələrə uyğun Buzovna bələdiyyəsi də dəstəyini göstərməkdədir”
“Güclü yağışın yaratdığı fəsadları aradan qaldırmaq üçün qəsəbədə görülən işlərə Buzovna bələdiyyəsi də öz dəstəyini göstərməkdədir. Ancaq bununla yanaşı prosesin icrası daim Xəzər RİH-in daim nəzarətindədir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.
Sədr
qeyd edib ki, bu günlərdə qəsəbədə keçirilən səyyar görüşdən sonra Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən
Salahov Buzovna qəsəbəsinin ağsaqqalları və sakinləri ilə birlikdə Əziz Mirəhmədov küçəsində həyata keçirilən
drenaj sistemi layihəsi üzrə görülən işlərin gedişatı ilə yerində tanış olub.
Qəsəbənin
Heydər Eyvazov və Xurşidbanu Natəvan küçələrinin kəsişməsində, eləcə də Əziz
Mirəhmədov küçəsində yeraltı qrunt sularının səthə çıxması və drenaj sisteminin
olmaması səbəbindən suların hərəkət hissəsinə axması yol örtüyünün
deformasiyasına, həmçinin nəqliyyat vasitələrinin hərəkətində çətinliklərin
yaranmasına səbəb olmuşdur.
Mövcud
vəziyyətlə bağlı məhz Xəzər Rayon İcra
Hakimiyyətinin Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə ünvanladığı müraciət
əsasında ərazidə drenaj sisteminin inşası istiqamətində müvafiq tədbirlərin
icrasına başlanılmışdır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tərəfindən
həyata keçirilən layihə çərçivəsində Əziz Mirəhmədov küçəsi boyunca uzunluğu
520 p/m olan drenaj xəttinin çəkilişi nəzərdə tutulur.
Sədr xüsusilə qeyd edib ki, bu günlərdə Xəzər RİH başçısının
qəsəbə sakinləri ilə keçirdiyi görüşlərdə layihənin
keyfiyyətlə və vaxtında icra edilməsi ilə bağlı verdiyi tövsiyələrə uyğun olaraq Buzovna bələdiyyəsi
də öz dəstəyini göstərməkdədir.
Sədr bildirib ki, artıq layihənin icrası sürətlə davam etdirilir. Az müddət ərzində layihənin müəyyən hissəsində iş başa çatıb. Bununla bağlı bələdiyyədə yaradılmış işçi qrupu gündəlik olaraq işin gedişi ilə maraqlanır və məqamında lazım olan dəstəyi göstərir.
Belediyye.info
Rəylər
0 Rəy