Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-06-2026 , 19:22

147

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələrə dotasiya nə vaxt ayrılacaq?

Gündəlik Xəbərlər
01-06-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

 Səbail Bələdiyyəsinin təşkilatçılığı ilə uşaq bağçasında bayram tədbiri keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Səbail Bələdiyyəsinin təşkilatçılığı ilə 85 nömrəli uşaq bağçasında bayram tədbiri keçirilib.

Tədbirdə uşaqlar üçün maraqlı və əyləncəli proqram təşkil olunub, müxtəlif şən oyunlar, tamaşalar və musiqili çıxışlar təqdim edilib. Balacalar bayram sevincini bölüşərək xoş və yaddaqalan anlar yaşayıblar.

Səbail Bələdiyyəsi tərəfindən uşaqlara bayram hədiyyələri təqdim olunub, onların üzündə təbəssüm yaratmaq və bayram əhval-ruhiyyəsini daha da yüksəltmək məqsədilə müxtəlif sürprizlər hazırlanıb.

Tədbirin əsas məqsədi uşaqların hüquq və mənafelərinə diqqətin artırılması, onların xoşbəxt və qayğısız böyüməsinə dəstək göstərilməsi olub.

Səbail Bələdiyyəsi bütün uşaqları 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edir, onlara sağlam, firavan və xoşbəxt gələcək arzulayır.

Səbail bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər