Anar Adıgözəlov: “Vətəndaş məmnuniyyətinin artırılması istiqamətində fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir”
Sədr qeyd edib ki, tədbirlər çərçivəsində qəsəbə ərazisində
yaşayan Azərbaycanın Milli Qəhrəmanlarının və şəhidlərimizin ailələri, qazilər,
aztəminatlı ailələr, həmçinin ailə başçısını itirmiş sakinlər ziyarət olunmuş,
onlarla səmimi görüşlər keçirilmişdir. Görüşlər zamanı xalqımızın azadlığı və ərazi
bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsinin daim uca
tutulduğu, onların ailələrinin hər zaman diqqət və qayğı ilə əhatə olunduğu
xüsusi vurğulanmışdır.
Sədr bildirib ki, Qurban bayramının mənəvi dəyərlərinə uyğun
olaraq həssas sosial təbəqədən olan ailələrə Maştağa bələdiyyəsi tərəfindən
qurban payları verilmiş, bayram münasibətilə onlara mənəvi dəstək göstərilmişdir.
Eyni zamanda aztəminatlı ailələrin sosial vəziyyətinin daim diqqətdə
saxlanıldığı və onların rifahının yaxşılaşdırılması istiqamətində bələdiyyə tərəfindən
mütəmadi tədbirlərin həyata keçirildiyi qeyd edilmişdir.
Maştağa bələdiyyəsi olaraq sosial həmrəyliyin gücləndirilməsi, vətəndaş məmnuniyyətinin artırılması, şəhid ailələri, qazilər və digər həssas kateqoriyadan olan sakinlərin daim diqqətdə saxlanılması istiqamətində fəaliyyətimiz bundan sonra da davam etdiriləcəkdir.
Rəylər
0 Rəy