Nizami bələdiyyəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasına həsr olunmuş tədbir keçirilib
Nizami Bələdiyyəsində Ümummilli Lider Heydər Əliyevin anadan
olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi
ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi
bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz
xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş
videoçarx nümayiş etdirildikdən sonra çıxışlar dinlənilib. Nizami Bələdiyyəsinin
sədri Vüqar Quliyev, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr
müavini Rəşadət Xalıqov və digər çıxış edənlər bildiriblər ki, Azərbaycanın
müasir tarixinin milli intibah dövrü məhz müdrik dövlət xadimi Heydər Əliyevin
adı ilə bağlıdır. Ulu Öndər Azərbaycan dövlətçiliyini xaos və böhran vəziyyətindən
çıxararaq xalqımızın taleyində misilsiz xilaskar missiyasını şərəflə yerinə
yetirib. Ümummilli Liderimiz mürəkkəb dövrlərin çətinliklərinə baxmayaraq, ölkəmizi
təhlükələrdən qoruyub və ona həm regionda, həm də dünyada layiqli mövqe
qazandırıb.
Çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına yeni qəbul
olunmuş üzvlərə vəsiqələr təqdim edilib.
Tədbir Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə yekunlaşıb.
Rəylər
0 Rəy