Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-05-2026 , 19:47

122

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Təmraz Tağıyev: “Nərimanov  bələdiyyəsinin əsas vəzifəsindən biri də əhalinin həssas qrupuna aid insanlara öz qayğı və diqqətini göstərməkdir”


“Nərimanov bələdiyyəsi tərəfindəb şəhid ailələri, müharibə əlilləri və iştirakçıları daim diqqətdə saxlanılır, onların qayğıları ilə mütəmadi maraqlanılmaqla yaranmış çətinliklərin aradan qaldırılması istiqamətində mühim adımlar atılır”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Təmraz Tağıyev deyib.

Sədrin sözlərinə görə, şəhid atası və anası Azər Ələddin oğlu Səidov və Gülər Elxan qızı Səidova bələdiyyənin dəstəyi ilə müalicə üçün Naftalan sanatoriyasına göndərilib.

Şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə Cənab Prezident İlham Əliyevə, Birinci vitse-Prezident Mehriban xanım Əliyevaya və  Nərimanov  bələdiyyəsinə  minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Azər Ələddin oğlu Səidov  şəhid  Ələddin Səidov atasıdır.

Ələddin Səidov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda",  "Şuşanın azad olunmasına görə" və  "Laçının azad olunmasına görə" medalıarı ilə təltif edilib.

Azərbaycan Ordusunun əsgəri olan Ələddin Səidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Füzulinin və Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə fəal iştirak edərək şücaət göstərmişdir. Ələddin Səidov noyabrın 3-də Şuşa döyüşləri zamanı şəhid olub. Şəhid Bakı şəhərində dəfn olunub.

Sədr qeyd edib ki, bu gün maliyyə imkanları çərçivəsində Nərimanov  bələdiyyəsinin əsas vəzifəsindən biri də əhalinin həssas qrupuna aid insanlara öz qayğı və diqqətini göstərməkdir.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1189