Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

22-04-2026 , 13:05

72

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Buzovna bələdiyyəsi həyata keçirdiyi layihələri məhz vətəndaş məmnunluğunun təmin edilməsi  məqsədi ilə icra edir”

“Hər bir vətəndaşın müraciəti bələdiyyə tərəfindən diqqətdə saxlanılmalı, mövcud problem yerindəcə arasdırılıb, icrası ilə bağlı təkliflər verilməlidir” -bu fikri Belediyye.infoya Xəzər rayonu, Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov deyib.

Güclü yağışın vətəndaşlara yaratdığı fəsadları aradan qaldırılması ilə bağlı icra strukturlarının mərhələli şəkildə  həyata keçirdiyi işlərə Buzovna bələdiyyəsi də bir sıra ciddi layihələr icra etməklə öz töhfəsini verməkdədir.

Bu günlərdə isə  İsmət Qayıbov küçəsi 18 ünvanında yaşayan sakininin  müraciətinə yerindəcə baxılmış və problemin həlli ilə bağlı ardıcıl olaraq atılacaq addımlar müəyyən edilmişdir. Belə ki, həyətdə birdən-birə on metrə yaxın quyu yaranmış və mənzil sakinlərinin hərəkətinə təhlükə yaratmışdır. 

Sədr İsrafil Hüseynov, sədr müavini Təbriz  Ağayevin və bələdiyyənin mütəxəssislərin iştirakı ilə əraziyə baxış keçirilmiş və quyunun vaxti lə qazılmış  su quyusu olduğu müəyyən edilmişdir. İstifadə edilmədiyindən dondurulan quyu bu günlərdə güclü yağışlar nəticəsində suxurlar yuyulmuş və təhlükəli vəziyyət yaratmışdır.

Belə qərara alınıb ki, bələdiyyə quyunun doldurulması üçün bir  “Kamaz”  iri çınqılla təmin edilməsini öhdəsinə götürür. Sədr qeyd edib ki, mənzil  MKİS -in balansına aid olduğundan bu qurumun fəhlələri tərəfindən quyunun doldurulması qərara alınıb.

Sədr sonda qeyd edib ki, Buzovna bələdiyyəsi hər zaman qəsəbədə vətəndaş məmnunluğunun təmin edilməsinə çalışır və həyata keçirdiyi layihələrdə məhz məqsədlə icra olunur.

Belediyye.info




Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Bu gün onun günüdür
Bakı
23-02-2026
1131