Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

13-03-2026 , 08:32

108

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Tehran Rəhmanov: Türkan bələdiyyəsi cari ilin iki ayı ərzində ciddi artıma nail olub

“Bələdiyyənin vergi xidmətinin əsas məqsədi büdcə gəlirlərini atrırmaq üçün yollar axtarmaqdır. Bunun üçün gündəlik olaraq vergi ödəyiciləri ilə görüşlər təşkil edir, maarifləndirici söhbətlər aparılır. Ancaq bu günlərdə “Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin Qərarı bələdiyyələrin vergi xidmətinin qarşında yeni maliyyə istiqamətləri açır. İnanırıq ki, bu qərar hər bir bələdiyyənin büdcə gəlirlərinin artmasına ciddi şəkildə öz təsirini göstərəcəkdir” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Türkan bələdiyyəsinin sədri Tehran Rəhmanov deyib.

Sədr deyib ki, bələdiyyənin üzləşdiyi bəzi çətinliklərə baxmayaraq cari ilin yanvar və fevral aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə daxilolmalarında ciddi artıma nail olunub. Belə ki, yanvar ayında ümumi büdcə gəlirlərində 4.3 dəfə, fevral ayında isə 2 dəfə qədər artım olub. Rəqəmlərlə ifadə etsək yanvar ayında 16.025manat, fevral aynda isə 5.222 manat artım olub.

Sədr bildirib ki, cari ildə hədəfimiz 100 min manat olmasını nəzərdə tutsaq da, bu gedişlə biz bu rəqəmi  keçəcəyik.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər