Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

09-03-2026 , 14:07

120

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adıgözəlov“Sosial yardım proqramlarına ayrılan vəsaitin həcmi iki dəfəyədək artıb”


“Bələdiyyəmiz daim həssas qrupa aid edilən ailələrin sosial-məişət qayğılarının həllini diqqət mərkəzində saxlayır”- bu fikirləri Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr deyib ki, bələdiyyədə yaradılan işçi qrupu mütəmadi olaraq şəhid, qazi və aztəminatlı ailllərlə görüşlər keçirir, onları narahat edən problemlərin həlli ilə maraqlanır, üzləşdikləri çətinliklərin aradan qaldırlması ilə bağlı addım atır.

Məhz bu səbəbdən büdcə gəlirləri artdıqca sosial yardım proqramlarına ayrılan maliyyə vəsaitinin həcmini də artıra bilmişik.

Sədr bildirib ki, 2023-cü illə müqayisədə sosial yardımlara ayrılan vəsaitin həcmi bələdiyyə iclasının qərarı ilə iki dəfəyə yaxın artırılıb.

Belə ki, 2023- cü ildə sosial yardım proqramlarının icrasına 10.123 manat, 2024 -cü ildə 12.288 manat, 2025 -ci ildə isə 19.214 manat vəsait ayrılıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Elxan Oqtay oğlu İbrahimov kimdir?


Bakı
12-11-2025
1713