Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

07-03-2026 , 15:50

113

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır”

“Buzovna bələdiyyəsi qəsəbədə aparılan abadlıq -quruculuq işlərinə daim öz töhfəsini  verir”- bu fikirləri Belediyye.infoya adıçəkilən bələdiyyənin sədri İsrafil Hüseynov deyib.

Sədr qeyd edib ki, sakinlər tərəfindən bələdiyyəyə edilən müraciətlərə bələdiyyədə yaradılmış işçi qrupu tərəfindən baxış keçirilir, rəy verilir və mövcud vəziyyət bələdiyyə iclasında müzakirəyə çıxarılaraq icrası barədə qərar qəbul edilir. Ümumiyyətlə, sakinlərin hər bir müraciəti diqqətdə saxlanılır.

Məhz bələdiyyə iclasının müvafiq qərarı ilə bu günlərdə qəsəbənin Nəriman Əliyev küçəsinə 250 kv.metr yeni asfalt örtüyü çəkilib. Əvvəlcə küçənin həmin hissəsi hamarlanmış, bərkitmə işləri aparılmış sonra isə asfalt vurulmuşdur.

Bələdiyyənin bu addımı sakinlər rəğbətlə qarşılamışlar.

Sədr sonda bildirib ki, bələdiyyənin maliyyə imkanları çərçivəsində bundan sonra qəsəbənin abadlığına təsdiq edilmiş proqrama əsasən öz töhfəsini verəcəkdir.

 Belediyye.info



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər