Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

04-02-2026 , 01:37

606

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Adığözəlov:  “Yaradılan komissiya bələdiyyənin büdcə gəlirlərini artırmağa hesablanıb”

“Cari ilin yanvar ayından başlayaraq Maştağa bələdiyyəsində bələdiyyə iclasının qərarı ilə  yaradılan “Debitor borcların inventarlaşdırma komissiyası” fəaliyyətdədir. Komissiyanın yaradılmasında əsas məqsəd debitor borcların inventarlaşdırmasının aparılması, mövcud borcların təhlili , ümidsiz debitor borcların müəyyən edilməsi və uçotdan silinməsi ilə bağlı təkliflərin hazırlanmasıdır” - bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.

Sədr qeyd edib ki, bələdiyyədə bu addımın atılması həm də büdcə gəlirlərini artırmağa hesablanıb.

Bələdiyyə iclasının qərarı ilə beş nəfərdən ibarət təşkil edilən komissiyaya bələdiyyənin sədr müavini Ağazakir Abdullayev təyin edilib. Üzvlər sırasında bələdiyyənin  komissiya sədri Ağanəcəf Qədirov da var.  Bələdiyyənin qəbul etdiyi qərara əsasən  10 yanvar tarixindən fəaliyyətə başlayan komissiya fəaliyyətini 10 aprel tarixinədək başa çatdırmalıdır.

Qeyd edək ki, bundan əvvəl də bələdiyyədə vergi-uçot sistemini qaydaya salınması üçün bələdiyyə iclasının qərarı ilə “Maştağa bələdiyyəsinin inzibati ərazisində fiziki şəxslərə məxsus kommersiya obyektlərinin əhatəsini tam müəyyən etmək və vergi-uçotuna alınması məqsədilə Komissiyası” nın yaradılmışdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz