Anar Adığözəlov: “Yaradılan komissiya bələdiyyənin büdcə gəlirlərini artırmağa hesablanıb”
“Cari ilin yanvar ayından başlayaraq Maştağa bələdiyyəsində bələdiyyə iclasının qərarı ilə yaradılan “Debitor borcların inventarlaşdırma komissiyası” fəaliyyətdədir. Komissiyanın yaradılmasında əsas məqsəd debitor borcların inventarlaşdırmasının aparılması, mövcud borcların təhlili , ümidsiz debitor borcların müəyyən edilməsi və uçotdan silinməsi ilə bağlı təkliflərin hazırlanmasıdır” - bu fikirləri Belediyye.infoya Sabunçu rayonu, Maştağa bələdiyyəsinin sədri Anar Adıgözəlov deyib.
Sədr qeyd edib ki, bələdiyyədə bu addımın atılması həm də
büdcə gəlirlərini artırmağa hesablanıb.
Bələdiyyə iclasının qərarı ilə beş nəfərdən ibarət təşkil
edilən komissiyaya bələdiyyənin sədr müavini Ağazakir Abdullayev təyin edilib.
Üzvlər sırasında bələdiyyənin komissiya
sədri Ağanəcəf Qədirov da var. Bələdiyyənin
qəbul etdiyi qərara əsasən 10 yanvar
tarixindən fəaliyyətə başlayan komissiya fəaliyyətini 10 aprel tarixinədək başa
çatdırmalıdır.
Qeyd edək ki, bundan əvvəl də bələdiyyədə vergi-uçot
sistemini qaydaya salınması üçün bələdiyyə iclasının qərarı ilə “Maştağa bələdiyyəsinin
inzibati ərazisində fiziki şəxslərə məxsus kommersiya obyektlərinin əhatəsini
tam müəyyən etmək və vergi-uçotuna alınması məqsədilə Komissiyası” nın
yaradılmışdır.
Belediyye.info
Rəylər
0 Rəy