Seymur Rəsulov: “Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi…”
“Bizim bələdiyyənin əsas məqsədi seçicilərinə verilən sözü tutmaqdır”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov deyib.
Sədr qeyd
edib ki, seçicilərə layiqincə xidmət etmək, onların qaldırdığı məsələlərin həlli
ilk növbədə bələdiyyədən diqqət və təşəbbüs tələb etməklə yanaşı, həm də maliyyə vəsaiti tələb edir.
Odur ki,
bütün çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidməti yenilənmiş və təkmilləşdirilmiş
BAMS proqramının verdiyi bütün imkanlardan yararlanaraq büdcə gəlirlərini 2024-cü
illə müqayisədə 91 faizədək artıra bilib.
Belə ki, əgər
bələdiyyənin büdcə gəlirləri 2024 -cü ildə 179.719 manat olmuşdursa, bu rəqəm 2025-ci
ildə 343.709 manata bərabər olub.
Bu gün bələdiyyənin
vergi xidmətinin əsas məqsədi ilk növbədə vergi ödəyiciləri barədə məlumatları
dəqiqləşdirməklə yeniləmək və əlavə vergi ödəyiciləri barəsində məlumatları
sistemə yerləşdirməkdir.
Nəzərə
alsaq ki, növbəti ildən vergi ödəyicilərinin kağız formasında bildirişlərin
göndərilməsi dayandırılır demək indidən vergi xidməti bu prosesə hazır olmalıdır.
Bununla
yanaşı bələdiyyə aid tariflərin dəyişdirilməsi və ərazidəki sənədsiz əmlaklara hüquqi
status verilərsə bələdiyyənin büdcə gəlirləri bir neçə dəfə arta bilər.
Belediyye.info
Rəylər
0 Rəy