Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

28-01-2026 , 01:14

616

Son xəbərlər

Bütün xəbərlər

Bələdiyyələr hara daha çox pul xərcləyir?

Gündəlik Xəbərlər
09-02-2026

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Seymur Rəsulov: “Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi…”


“Bizim  bələdiyyənin əsas məqsədi seçicilərinə verilən sözü tutmaqdır”- bu fikirləri Belediyye.infoya Suraxanı rayonu Hövsan bələdiyyəsinin sədri Seymur Rəsulov deyib.

Sədr qeyd edib ki, seçicilərə layiqincə xidmət etmək, onların qaldırdığı məsələlərin həlli ilk növbədə bələdiyyədən diqqət və təşəbbüs tələb etməklə yanaşı, həm də  maliyyə vəsaiti tələb edir.

Odur ki, bütün çətinliklərə baxmayaraq bələdiyyənin vergi xidməti yenilənmiş və təkmilləşdirilmiş BAMS proqramının verdiyi bütün imkanlardan yararlanaraq büdcə gəlirlərini 2024-cü illə müqayisədə 91 faizədək artıra bilib.

Belə ki, əgər bələdiyyənin büdcə gəlirləri 2024 -cü ildə 179.719 manat olmuşdursa, bu rəqəm 2025-ci ildə 343.709 manata bərabər olub.

Bu gün bələdiyyənin vergi xidmətinin əsas məqsədi ilk növbədə vergi ödəyiciləri barədə məlumatları dəqiqləşdirməklə yeniləmək və əlavə vergi ödəyiciləri barəsində məlumatları sistemə yerləşdirməkdir.

Nəzərə alsaq ki, növbəti ildən vergi ödəyicilərinin kağız formasında bildirişlərin göndərilməsi dayandırılır demək indidən vergi xidməti bu prosesə hazır olmalıdır.

Bununla yanaşı bələdiyyə aid tariflərin dəyişdirilməsi və ərazidəki sənədsiz əmlaklara hüquqi status verilərsə bələdiyyənin büdcə gəlirləri bir neçə dəfə arta bilər.

Belediyye.info 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

18 yanvar onun günüdür

Bakı
17-01-2026
991