Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-09-2025 , 21:33

1220

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Əziz Zeynalov: “Bu rüsumün həcmini 60 faizədək artırmağa nail olmuşuq”


“Mehmanxana rüsumlarının həcmi son iki ildə 60 faizədək artıb” -bu fikirləri Nəsimi bələdiyyəsinin sədri Əziz Zeynalov bildirib.

Sədr bildirib ki, son illərdə BAMS-ın ƏMDX məlumat sisteminə qoşulması, habelə SMS xidmətinin tətbiq edilməsi nəticə etibarı ilə bələdiyyənin mehmanxana rüsumlarının həcminə də əsaslı şəkildə təsir edib.

Belə ki, əgər 2023-cü ilin səkkiz ayı ərzində 162.199 manat, 2024-cü ilin səkkiz ayı ərzində 226.183 manat əldə edilmişdisə, cari ilin səkkiz ayı ərzində bu rəqəm  267.956 manat  təşkil edib.

Sədr qeyd edib ki, iki il ərzində mehmanxana rüsumu üzrə büdcə gəlirlərində 105.154 manat artıq vəsait əldə olunub. Bu isə  ümumilikdə 60  faizlik artım deməkdir.

Bələdiyyənin vergi xidməti ilin sonunadək daha 18 faizədək artımın olacağını nəzərdə tutur.

Ümumilikdə isə, sentyabr 18 -dək bələdiyyənin ümumilikdə büdcə gəliri 1.5 milyon manatı keçib.

Bələdiyyənin vergi xidməti cari ilin sonundək yüksək templə çalışaraq ümumi büdcə gəlirlərinin səviyyəsini iki milyon manata çatdırmaq niyyətindədir.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər