Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-09-2025 , 23:33

1409

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Anar Hüseynlı: “Bələdiyyənin əsas vəzifələrindən biri də qəsəbənin tanınmış simalarını gələcək nəslə tanıtdırılmasıdır”

 

“Zirə bələdiyyəsi taninmış qəsəbə sakinləri ilə bağlı məqamları daim diqqətdə saxlayır və onların gələcək nəslə tanıtdırılması ilə bağlı ciddi layihələr icra etməkdədir” – bu fikirləri Belediyye.infoya Xəzər rayonu, Zirə bələdiyyəsinin sədri Anar Hüseynli deyib.

Sədr qeyd edib ki, bələdiyyə iclasının qərarı ilə tərtib edilmış iş planına uyğun olaraq  qəzalı vəziyyətdə olan  Zirə qəsəbə sakini olmuş- ictimai xadim, publisist, tərcüməçi, dramaturq Mirzə Bala Məhəmmədzadənin adını daşıyan küçədə yerləşən barelyefi bələdiyyə tərəfindən yenidən qurulmuş, ətrafında abadlıq işləri aparılmışdır.

Bununla yanaşı ətrafında bələdiyyə tərəfindən əkilmiş ağaclara da aqrotexniki qulluq göstərilmiş, həmçinin bəzi yerlərə asfalt örtüyü salınmışdır.

Sədr qeyd edib ki, bələdiyyə ilin sonunadək bu tipli digər layihələri  də icra etməyi  nəzərdə tutur.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər