Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

16-07-2025 , 12:49

1931

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

İsrafil Hüseynov: “Qanunlara bu dəyişiklliklərin edilməsi bələdiyyələrin üzərinə həm də mühüm vəzifə qoyur“

“Bu günlərdə Azərbaycan Prezidenti bələdiyyələrə aid bəzi qanunvericilik aktlarına edilən dəyişiklikləri təsdiq etdi, əlavə olaraq  icrası ilə bağlı imzaladığı Fərmandan irəli gələn bəzi məsələlərin həlli birbaşa  Bələdiyyələrin milli assosiasiyalarına tövsiyə olundu” – bu fikriləri Belediyye.infoya Xəzər rayonu Buzovna bələdiyyəsinin sədri İsrafil Hüseynov bildirib.

Sədr bildirib ki, “Bələdiyyələrin vahid informasiya sisteminin” yaradılması bələdiyyələrin səmərəli fəaliyyətinə söykənən bir addım kimi qəbul edilməlidir. Üstəlik bu sistemin dövlət informasiya sisteminə əlavə edilməsi bələdiyyə sisteminə göstərilən diqqət kimi qəbul edilməlidir.

Ən vacib məqam isə  qanunlara edilən dəyişikliklər bələdiyyələrin maliyyə fəaliyyətində üzləşdikləri problemlərin aradan qaldırılmasında, ümumiyyətlə prosesin tənzimlənməsində, həmçinin bələdiyyələrdə  şəffaflıq prinsiplərinin qorunmasında, o cümlədən neqativ halların qarşısının alınmasında mühüm rolu olacaqdır.

Qəbul edilən qanunlar, qanunların icra mexanizmlərinin təsdiqi nəticə etibarı ilə bələdiyyələrin üzərinə  həm də  mühüm vəzifə qoyur və məsuliyyəti yükünü bir qədərdə artırmış olacaq.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər