Bələdiyyə sədri vəfat edib
Şiləvəngə kənd bələdiyyəsinin sədri Anar Şabıyev vəfat edib.
Belediyye.info NOCOMMENT.az-a istinadən xəbər verir ki, Anar Şabıyev ürək çatışmazlığından dünyasını dəyişib.
Qeyd edək ki, Anar Şabıyev ilk dəfə 2025-ci ilin yanvar ayında keçirilən bələdiyyə seçkilərində iştirak edərək bələdiyyə üzvü seçilib. Həmin ilin fevral ayında isə bələdiyyənin ilk iclasında sədr vəzifəsinə seçilib.
Xatırladaq ki, 2025-ci ilin yanvar ayında keçirilən seçkilər zamanı Sərhədabad və Şabanlı bələdiyyələri də Şiləvəngə bələdiyyəsinə birləşdirilib. Beləliklə, bələdiyyənin ərazi vahidinə Abışabad, Adnalı, Əliabad, Hacıməmmədli, İnili, Qasımbəyli, Məşədivəlli, Mirtəhməzli, Sərhədabad, Şabanlı və Şiləvəngə kəndləri daxil edilib.
Allah rəhmət eləsin! Mərhumun ailəsinə, yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.
Belediyye.info
Rəylər
0 Rəy