Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

12-10-2026 , 10:06

151

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Firdovsi Calalov: “Bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad gücləndikcə yerli büdcənin gəlirləri də artacaq”

“Bələdiyyənin qarşısında duran əsas vəzifələrdən biri yerli büdcənin gəlirlərini artırmaq, mövcud maliyyə imkanlarından səmərəli istifadə etmək və əhalinin rifahına xidmət edən layihələrin həyata keçirilməsinə nail olmaqdır. Bu baxımdan yerli vergi və ödənişlərin vaxtında və tam şəkildə toplanması mühüm əhəmiyyət daşıyır”- bu fikirləri Abşeron rayonu, Masazır bələdiyyəsinin sədri Firdovsi Calalov deyib.

Sədr qeyd edib ki, yaxın günlərdə bələdiyyənin növbəti il üçün büdcə layihəsinin müzakirəsinə başlanılacaq. Hər bir bələdiyyə üzvünün təklif və tövsiyəsi müzakirələrdən sonra layihədə öz əskini tapacaq. Cari il ildə büdcə gəlirlərində bir xeyli irəliləyişimiz olsa da, bunu hələ ki qənaətbəxş hesab etmirik.

Bu gün Masazır Bələdiyyəsi olaraq hesab edirik ki, vergi yığımının artırılması yalnız nəzarət tədbirlərinin gücləndirilməsi ilə deyil, həm də şəffaflığın təmin olunması, vətəndaşlarla düzgün kommunikasiya və müasir idarəetmə üsullarının tətbiqi ilə mümkündür.

Bu məqsədlə bir sıra istiqamətlər üzrə tədbirlərin görülməsini vacib hesab edirik:

Birincisi, vergi ödəyicilərinin uçotu yenilənməlidir. Masazır ərazisində yerləşən yaşayış evləri, qeyri-yaşayış obyektləri, torpaq sahələri və digər vergitutma obyektləri üzrə məlumat bazası dəqiqləşdirilməli, uçotdan kənarda qalan obyektlər müəyyən edilməlidir.

İkincisi, sakinlər arasında maarifləndirmə işi gücləndirilməlidir. Vətəndaşlara yerli vergilərin qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməsinin əhəmiyyəti izah olunmalı, ödəniş qaydaları və mövcud borclar barədə aydın məlumat verilməlidir.

Üçüncüsü, rəqəmsal imkanlardan istifadə genişləndirilməlidir. Vergi ödəyicilərinin məlumatlandırılması, borcların izlənilməsi və ödənişlərin uçotunun aparılması üçün elektron vasitələrdən daha səmərəli istifadə edilməlidir.

Dördüncüsü, vergi borcları üzrə fərdi iş aparılmalıdır. Borcu olan şəxslərlə qanunvericiliyin tələblərinə uyğun əlaqə yaradılmalı, ödənişlərin könüllü və vaxtında həyata keçirilməsi üçün lazımi izahat və məlumatlandırma tədbirləri görülməlidir.

Beşincisi, şəffaflıq və hesabatlılıq artırılmalıdır. Sakinlər bilməlidirlər ki, bələdiyyə büdcəsinə daxil olan vəsaitlər hansı istiqamətlərə yönəldilir. Büdcə gəlirləri və xərcləri barədə ictimaiyyətə mütəmadi məlumat verilməsi vətəndaş etimadının möhkəmlənməsinə kömək edəcəkdir.

Məhz bələdiyyənin vergi xidmətinin yuxarıda qeyd edilən məqamlara uyğun hərəkət etməsi sayəsində bələdiyyənin həm büdcə gəlirlərində artım müaşhidə olunub, həçm də inzibati ərazi daxilində  çəki və nüfuzu artıb.

Bizim əsas məqsədimiz sakinlərə əlavə çətinlik yaratmaq deyil, qanunvericiliyə uyğun vergi ödənişlərini təmin etmək, yerli büdcənin gəlir imkanlarını genişləndirmək və Masazırın sosial-iqtisadi inkişafına töhfə verməkdir.

Firdövsi Calalov əmin olduğunu bildirib ki, bələdiyyə ilə sakinlər arasında qarşılıqlı etimad, məsuliyyət və əməkdaşlıq gücləndikcə yerli büdcənin gəlirləri də artacaq, qəsəbəmizdə abadlıq və infrastruktur layihələrinin həyata keçirilməsi üçün əlavə imkanlar yaranacaqdır.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər