Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-10-2026 , 01:44

86

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ahıllar Günü münasibətilə şəhid ailələri ziyarət olunub

1 Oktyabr – Beynəlxalq Ahıllar Günü münasibətilə Şabran Rayon İcra Hakimiyyəti başçısının müavini Natəvan Mustafayeva, Şabran bələdiyyəsinin sədri Fidan Fərzəliyeva, Ağsaqqallar Şurasının Şabran rayon təşkilatının sədri Adgözəl Əliyev və Şuranın üzvü Əfruz Fərzəliyeva tərəfindən şəhid ailələrinə ziyarət təşkil olunub.

Ziyarət çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Samir Zülfüqarovun anası Gülgəz xanım, həmçinin Şabran rayon şəhidi Vidadi Abdullayevin valideynləri Mövsüm kişi və Rübabə ana ilə görüş keçirilib.

Görüş zamanı şəhid valideynlərinin qayğıları ilə maraqlanılıb, onlarla səmimi söhbət aparılıb, ahıllar günü münasibətilə təbriklər çatdırılıb, möhkəm cansağlığı, uzun ömür və könül rahatlığı arzulanıb.

Qeyd olunub ki, şəhid ailələrinə və ahıl vətəndaşlara diqqət və qayğı göstərilməsi dövlətimizin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi şəhid ailələrinə və müharibə veteranlarına dövlət qayğısı siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan ailələrə göstərdiyi xüsusi diqqət və həssas münasibət də yüksək qiymətləndirilir.

Ziyarət zamanı vurğulanıb ki, Vətən uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini yaşatmaq, onların valideynlərinə ehtiram göstərmək hər birimizin mənəvi borcudur.

Şəhid ailələri göstərilən diqqətə və səmimi münasibətə görə minnətdarlıqlarını bildiriblər.

Ahıllarımıza ehtiram, şəhid ailələrinə qayğı – milli mənəvi dəyərlərimizin və vətəndaşlıq məsuliyyətimizin ifadəsidir.



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər