İcra başçısı Boradigah qəsəbəsində görülən işlərlə tanış olub
“Masallı Rayon İcra Hakimiyyətinin başçısı, cənab Araz Əhmədov Boradigah qəsəbə ərazində su aparıcı kanalların təmizlənməsi işləri ilə yerində tanış olub. Masallı RİHB-nın Boradigah inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Boradigah bələdiyyəsinin təşəbbüsü və dəstəyi, habelə Masallı Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin texnikası ilə kanalların lildən təmizlənməsi işləri sürətlə davam etdirilir”- bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri Tünzalə Qardaşova deyib.
Sədr qeyd
edib ki, rayon icra hakimiyyəti başçısına görülən işlər barəsində ətraflı məlumat verilərək bildirilib ki, ümumilikdə layihə çərçivəsində 6 kilometr uzunluğunda su aparıcı kanalın təmizlənməsi nəzərdə tutulur. Hazırda işlər mərhələli
şəkildə davam etdirilir.
Xanım sədr
daha sonra qeyd edib ki, həyata keçirilən tədbirlər sel və yağış sularının maneəsiz
axınının təmin olunmasına, daşqın riskinin azaldılmasına, əkin və həyətyanı
torpaq sahələrinin su basmasının qarşısının alınmasına, həmçinin ərazinin
meliorativ vəziyyətinin yaxşılaşdırılmasına xidmət edir.
Belediyye.info
Rəylər
0 Rəy