Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

29-04-2026 , 10:55

137

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Tünzalə Qardaşova: Birgə əməkdaşlıq sayəsində Boradigahın daha təmiz və sağlam mühitə sahib olacağına inanırıq” 

“Boradigah qəsəbəsində ətraf mühitin qorunması və təmizliyə riayət olunması məqsədilə sakinlərlə maarifləndirici səyyar görüşlər keçirilmişdir”-bu fikirləri Masallı rayonu, Boradigha bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.

Sədr qeyd edib ki, görüş zamanı xüsusilə Boradigah çayının zibillənməsi məsələsinə diqqət çəkilmiş, ətraf mühitin mühafizəsinin hər bir vətəndaşın məsuliyyəti olduğu vurğulanmışdır. Sakinlərlə təmizlik qaydalarına əməl olunması, tullantıların düzgün idarə edilməsi və qəsəbəmizin ekoloji vəziyyətinin qorunması istiqamətində fikir mübadiləsi aparılmışdır.

Eyni zamanda, ərazimizin təmizliyi və abadlığı naminə bələdiyyə ilə əməkdaşlıq edən, görülən işlərə dəstək göstərən sakinlərimizə təşəkkürümüzü bildiririk. Birgə əməkdaşlıq və vətəndaş məsuliyyəti sayəsində Boradigahın daha təmiz və sağlam mühitə sahib olacağına inanırıq.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər