Tünzalə Qardaşova: “Birgə əməkdaşlıq sayəsində Boradigahın daha təmiz və sağlam mühitə sahib olacağına inanırıq”
“Boradigah qəsəbəsində ətraf mühitin qorunması və təmizliyə riayət olunması məqsədilə sakinlərlə maarifləndirici səyyar görüşlər keçirilmişdir”-bu fikirləri Masallı rayonu, Boradigha bələdiyyəsinin sədri Tünzalə Qardaşova deyib.
Sədr qeyd edib ki, görüş zamanı xüsusilə Boradigah çayının
zibillənməsi məsələsinə diqqət çəkilmiş, ətraf mühitin mühafizəsinin hər bir vətəndaşın
məsuliyyəti olduğu vurğulanmışdır. Sakinlərlə təmizlik qaydalarına əməl
olunması, tullantıların düzgün idarə edilməsi və qəsəbəmizin ekoloji vəziyyətinin
qorunması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Eyni zamanda, ərazimizin təmizliyi və abadlığı naminə bələdiyyə ilə əməkdaşlıq edən, görülən işlərə dəstək göstərən sakinlərimizə təşəkkürümüzü bildiririk. Birgə əməkdaşlıq və vətəndaş məsuliyyəti sayəsində Boradigahın daha təmiz və sağlam mühitə sahib olacağına inanırıq.
Belediyye.info
Rəylər
0 Rəy