Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

18-04-2026 , 22:53

128

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Ceyhun Zahidov: “Lerik bələdiyyəsi daha bir layihənin icrasını başa çatdırıb”

“Hər bir insanın bu dünyadakı səfəri müqəddəsdir və bu səfərin son mənzilinə yola salınma məqamı ən yüksək ehtirama layiqdir. Bu, həm insanlıq borcumuz, həm də inancımızın bizə tapşırdığı bir vəzifədir. ​Bildirmək istəyirik ki, Lerik bələdiyyəsi daha bir layihənin icrasını başa çatdırıb. Belə sakinlərin təşəbbüsü, bələdiyyənin təşkilatçılığı ilə rayonda mövcud olan “yuyat yeri” əsaslı şəkildə təmir edilib” -bu fikirləri Belediyye.infoya Lerik bələdiyyəsinin sədri Ceyhun Zahidov deyib.

Fikrinı davam edən sədr daha sonra qeyd edib:

“Biz istədik ki, insanlarımız ən ağır günlərində, göz yaşları içində əzizlərini son mənzilə yola salarkən heç bir çətinliklə qarşılaşmasınlar. Bu məkan artıq daha səliqəli, daha rahat və dini ayinlərimizin ehtiramına uyğun vəziyyətə gətirilib.

Bu işin ərsəyə gəlməsində əməyi keçən, maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə dərin minnətdarlığımızı bildiririk.

Unutmayaq ki, birliyimiz və bir-birimizə göstərdiyimiz diqqət ən çətin anları belə paylaşaraq yüngülləşdirir.

​Allah bütün vəfat edənlərimizə rəhmət eləsin!”

Belediyye.info

 

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər