Ceyhun Zahidov: “Lerik bələdiyyəsi daha bir layihənin icrasını başa çatdırıb”
“Hər bir insanın bu dünyadakı səfəri müqəddəsdir və bu səfərin son mənzilinə yola salınma məqamı ən yüksək ehtirama layiqdir. Bu, həm insanlıq borcumuz, həm də inancımızın bizə tapşırdığı bir vəzifədir. Bildirmək istəyirik ki, Lerik bələdiyyəsi daha bir layihənin icrasını başa çatdırıb. Belə sakinlərin təşəbbüsü, bələdiyyənin təşkilatçılığı ilə rayonda mövcud olan “yuyat yeri” əsaslı şəkildə təmir edilib” -bu fikirləri Belediyye.infoya Lerik bələdiyyəsinin sədri Ceyhun Zahidov deyib.
Fikrinı davam
edən sədr daha sonra qeyd edib:
“Biz istədik
ki, insanlarımız ən ağır günlərində, göz yaşları içində əzizlərini son mənzilə
yola salarkən heç bir çətinliklə qarşılaşmasınlar. Bu məkan artıq daha səliqəli,
daha rahat və dini ayinlərimizin ehtiramına uyğun vəziyyətə gətirilib.
Bu işin ərsəyə
gəlməsində əməyi keçən, maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə dərin
minnətdarlığımızı bildiririk.
Unutmayaq
ki, birliyimiz və bir-birimizə göstərdiyimiz diqqət ən çətin anları belə
paylaşaraq yüngülləşdirir.
Allah
bütün vəfat edənlərimizə rəhmət eləsin!”
Belediyye.info
Rəylər
0 Rəy