Qüdrət Kazımov: “Bu layihənin icrası yalnız maddi dəstək deyil, həm də mənəvi borcun bir ifadəsidir”
“Sosial həssas təbəqəyə göstərilən diqqət və qayğı çərçivəsində daha bir nümunəvi addım atılıb. Belə ki, aztəminatlı ailədən olan Vətən müharibəsi qazisi Babayev Elvin Həmzə oğlunun İsmayıllı bələdiyyəsinə müraciəti əsasında yerli bələdiyyə tərəfindən ailə üçün hamam tikintisinə lazımi köməklik göstərilib. Bu təşəbbüs həm sosial dəstəyin gücləndirilməsi, həm də qazi ailələrinə göstərilən diqqət və qayğının bariz nümunəsi kimi qiymətləndirilə bilər”- bu fikirləri adıçəkilən bələdiyyənin sədri Qüdrət Kazımov deyib.
Sədr qeyd edib ki, qazinin müraciətində ailəsi uzun müddət məişət şəraitinin çətinliyi
ilə üzləşdiyini bildirib. Bələdiyyə tərəfindən ayrılan vəsait və təşkilati dəstək
hesabına qazi ailəsi üçün müasir
standartlara cavab verən hamam otağı inşa edilib. Tikinti işləri qısa müddətdə,
keyfiyyətlə və ailənin ehtiyacları nəzərə alınaraq həyata keçirilib.
Sədr xüsusilə vurğulayıb ki, bələdiyyə tərəfindən şəhid və qazi ailələri, eləcə də Vətən müharibəsi
iştirakçılarının qayğıları daim diqqətdə saxlanılır və mövcud imkanlar daxilində
bu istiqamətdə görülən işlər davamlı xarakter daşıyır. Belə layihələr yalnız
maddi dəstək deyil, həm də mənəvi borcun bir ifadəsidir.
Qazinin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dərin
minnətdarlıqlarını ifadə ediblər.
Belediyye.info
Rəylər
0 Rəy