Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

10-03-2026 , 23:58

134

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

“Cücələrim”in balaca fidanları Şabran bələdiyyəsinin qonağı olub


 Yel çərşənbəsi Azərbaycan xalqının qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşadan və baharın gəlişini müjdələyən əziz günlərdən biridir. Bu əlamətdar gün münasibətilə Şabran şəhərində fəaliyyət göstərən “Cücələrim” körpələr evi-uşaq bağçasının balaca fidanları Şabran şəhər bələdiyyəsinin qonağı olmuşdur.

Görüş zamanı uşaqlara xalqımızın qədim Novruz ənənələri, çərşənbələrin mənası və milli dəyərlərimizin qorunmasının əhəmiyyəti barədə məlumat verilmiş, səmimi söhbət və xoş bayram ovqatı şəraitində görüş keçirilmişdir. Balaca fidanların sevinc dolu anları, səmimi gülüşləri və bayram əhval-ruhiyyəsi tədbirə xüsusi rəng qatmışdır.

Bu cür görüşlər uşaqların milli-mənəvi dəyərlər ruhunda böyüməsinə, qədim adət-ənənələrimizi daha yaxından tanımasına və gələcək nəsillərə ötürməsinə mühüm töhfə verir.

Bu gözəl təşəbbüsə və balacalarla birlikdə təşkil olunmuş ziyarətə görə “Cücələrim” körpələr evi-uşaq bağçasının müdirəsi Qönçə müəlliməyə, bağçanın müəllimlərinə və uşaqların valideynlərinə öz dərin təşəkkürümüzü bildiririk. Balaca fidanlarımıza sağlam, xoşbəxt və işıqlı gələcək arzulayır, xalqımızın qədim adət-ənənələrinin daim yaşamasını diləyirik.

Şabran bələdiyyəsi



Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər