“Cücələrim”in balaca fidanları Şabran bələdiyyəsinin qonağı olub
Yel çərşənbəsi Azərbaycan xalqının qədim adət-ənənələrini, milli-mənəvi dəyərlərini yaşadan və baharın gəlişini müjdələyən əziz günlərdən biridir. Bu əlamətdar gün münasibətilə Şabran şəhərində fəaliyyət göstərən “Cücələrim” körpələr evi-uşaq bağçasının balaca fidanları Şabran şəhər bələdiyyəsinin qonağı olmuşdur.
Görüş zamanı uşaqlara xalqımızın qədim Novruz ənənələri, çərşənbələrin
mənası və milli dəyərlərimizin qorunmasının əhəmiyyəti barədə məlumat verilmiş,
səmimi söhbət və xoş bayram ovqatı şəraitində görüş keçirilmişdir. Balaca
fidanların sevinc dolu anları, səmimi gülüşləri və bayram əhval-ruhiyyəsi tədbirə
xüsusi rəng qatmışdır.
Bu cür görüşlər uşaqların milli-mənəvi dəyərlər ruhunda
böyüməsinə, qədim adət-ənənələrimizi daha yaxından tanımasına və gələcək nəsillərə
ötürməsinə mühüm töhfə verir.
Bu gözəl təşəbbüsə və balacalarla birlikdə təşkil olunmuş
ziyarətə görə “Cücələrim” körpələr evi-uşaq bağçasının müdirəsi Qönçə müəlliməyə,
bağçanın müəllimlərinə və uşaqların valideynlərinə öz dərin təşəkkürümüzü
bildiririk. Balaca fidanlarımıza sağlam, xoşbəxt və işıqlı gələcək arzulayır,
xalqımızın qədim adət-ənənələrinin daim yaşamasını diləyirik.
Şabran bələdiyyəsi
Rəylər
0 Rəy