Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

05-01-2026 , 23:54

991

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Region
- +

Yeni ilin ilk günü şəhid ailələrinin ziyarəti ilə başlayıb

Yeni ilin ilk iş günündə Saatlı Bələdiyyəsinin sədri Aqil Heydərov, sədr müavinləri, bələdiyyə üzvləri və qulluqçuları  Vətən uğrunda canlarından keçmiş, ll Qarabağ müharibəsi şəhidləri olan Nəsirov Nahid Əlizamin oğlu, İbrəhimov Elmir Akif oğlunun ailələrini ziyarət ediblər.

Daha sonra şəhidlərin məzarı ziyarət olunub. Ziyarət zamanı şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanılıb, onların sosial-məişət  qayğıları və ehtiyacları  dinlənilib.

Bu barədə Belediyye.infoya məluamt verən bələdiyyə sədri  Aqil Heydərov bildirib ki, şəhid ailələrinə diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə tədbirlər davamlı olacaq.

Görüş zamanı ailələrə xatirə hədiyyələri təqdim olunub və  şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Belediyye.info


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər