Yeni ilin ilk günü şəhid ailələrinin ziyarəti ilə başlayıb
Yeni ilin ilk iş günündə Saatlı Bələdiyyəsinin sədri Aqil Heydərov, sədr müavinləri, bələdiyyə üzvləri və qulluqçuları Vətən uğrunda canlarından keçmiş, ll Qarabağ müharibəsi şəhidləri olan Nəsirov Nahid Əlizamin oğlu, İbrəhimov Elmir Akif oğlunun ailələrini ziyarət ediblər.
Daha sonra şəhidlərin məzarı ziyarət olunub. Ziyarət zamanı
şəhid ailələrinin sosial vəziyyəti ilə maraqlanılıb, onların sosial-məişət qayğıları və ehtiyacları dinlənilib.
Bu
barədə Belediyye.infoya məluamt verən bələdiyyə sədri Aqil Heydərov bildirib ki, şəhid ailələrinə
diqqət və qayğı dövlət siyasətinin əsas istiqamətlərindən biridir və bu istiqamətdə
tədbirlər davamlı olacaq.
Görüş zamanı ailələrə xatirə hədiyyələri təqdim olunub və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.
Belediyye.info
Rəylər
0 Rəy