Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

01-06-2025 , 22:41

605

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay

Yüklənir...

Allah rəhmət eləsin!

Region
- +

Tədbir  Şabran bələdiyyəsinin təşkilatçılığı ilə  keçirilib

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Şabran Bələdiyyəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirildi!

Bu əlamətdar gündə biz gələcəyimizin ümidləri olan uşaqlarımıza sevinc dolu anlar yaşatmaq üçün bir araya gəldik. Tədbir şəhid və qazi ailələrinin övladları, aztəminatlı ailələrdən olan uşaqlar, eləcə də şəhər və kənd məktəblərimizin şagirdlərinin iştirakı ilə böyük coşqu ilə baş tutdu. Uşaqlar üçün musiqi nömrələri, əyləncəli oyunlar, şən klounlar, sürpriz hədiyyələr və müxtəlif maraqlı çıxışlarla dolu unudulmaz bir gün təşkil olundu.

Bayram tədbirinin əsas məqsədi uşaqlarımıza qayğı və sevgi göstərmək, onların cəmiyyətə faydalı fərdlər kimi formalaşmasında dəstək olmaq və hər bir uşağın təbəssümündə bir parlaq sabah görmək idi.

Bu gözəl tədbirin uğurla həyata keçirilməsində yaxından iştirak edən və övladlarına bu sevinci yaşatmaqda bizə dəstək göstərən aşağıdakı məktəb və bağçaların rəhbərliklərinə öz dərin təşəkkürümüzü bildiririk:

Şabran şəhər 1, 2, 3, 4, 5 saylı tam orta məktəbləri

Şabran şəhər 1 və 3 saylı ümumi orta məktəbləri

Çayqaraqaşlı, Qələgah, Sincanboyad və Mollakamallı kənd məktəbləri

 Şabran şəhər 1 saylı və “Cücələrim” uşaq bağçaları

Sizlərin dəstəyi ilə yüzlərlə uşağın üzündə sevinc, qəlbində isə unudulmaz xatirələr yaratmaq mümkün oldu.

Uşaqlar bizim sabahımız, cəmiyyətimizin güzgüsüdür! Onlara göstərilən hər bir qayğı əslində daha güclü, daha vətənpərvər bir gələcəyə qoyulan təməldir. Bu bayram münasibətilə bütün balaca fidanlarımızı bir daha təbrik edir, onlara sağlam, xoşbəxt və uğurlu bir gələcək arzulayırıq! 

Şabran bələdiyyəsi


Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər