Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

08-09-2026 , 01:02

159

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Gündəlik Xəbərlər
- +

Yağış yağır, "yükü" isə bələdiyyə götürməli olur, çünki...

Müşahidələr göstərir ki, paytaxta yağışın istənilən formada yağması ətraf qəsəbə bələdiyyələrinin problemlərini bir qədər də artırır. Çünki bütün hallarda nəticədə subasma hadisəsinin  baş vermə ehtimalı olur. Buzovna qəsəbəsində olduğu kimi, ölkə başçısının imzaladığı sərəncamla  icra olunmalı olan məsələlərdə bəzi ləngimələr sakinləri də təngə gətirib. Nə isə. Çox dərinə getməyək....

Maraqlı olan məsələ ondadır ki, sakinlərin həyətindəki suları dövlət qurumu deyil, məhz bələdiyyələrin aldıqları su muhərriklərinin köməyi ilə kənara ötürülür. Onda sual olunur. Müvafiq dövlət qurumu vətəndaşa suyu sata bilirsə, hətta su sayğacı quraşdırıb pulunu da bəri başdan alırsa, vətəndaşın həyətindəki suya niyə sahib çıxmır? Hətta RİH və bələdiyyənin gördüyü işlərə belə dəstək verməyə əziyyət çəkir, qısası boynundan atır. Belə olan halda sual olunur, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi nə işlə məşğuldur? Nəzərə alaq ki, qanunsuz hesab olunan yaşayış məntəqələrinin salınmasında ADSEA-nın da öz günah payı var. Sual olunur, kollektorların,  iri həcmli su xəttlərinin üzərilərində ev tikilə müvafiq qurumda "dözüb dura". Ola bilərmi belə hal. Heç vaxt!!!

Odur ki, bu proseslərə aradan qaldırılmasında yaxından iştirak edən bələdiyyələrə heç olmasa dəstək verin. Ayıbdır, vallah. Üstəlik Prezident Fərmanından irəli gələn məsələlərin həllini sürətləndirin.

Cənablar, artıq havalar dəyişir, payız gəlir, tələsin... 

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər

Sədr yerində olarsa...

Gündəlik Xəbərlər
19-08-2026
734

Şabranın mədəniyyət qoruyucuları

Gündəlik Xəbərlər
18-07-2026
799

Səkkiz bələdiyyənin yarim milyon manat  borcu var

Gündəlik Xəbərlər
08-07-2026
758