İsmayıllı rayonunda “İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal” adlı tədbir keçirilib
İsmayıllı rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycan Respublikasında 2026-cı ilin Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2025-ci il tarixli Sərəncamının icrası məqsədilə “İrsə sadiq ziyalı missiyası: Abidədən kitabxanaya uzanan müqəddəs amal” adlı tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin
Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin
İsmayıllı rayonu üzrə nümayəndələrinin və İsmayıllı rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə
reallaşıb.
Tədbirdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional
İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisləri və İsmayıllı rayon Mərkəzləşdirilmiş
Kitabxana Sisteminin şəhər və kənd filiallarının
əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları ilk öncə İsmayıllı rayonu ərazisində
yerləşən tarix və mədəniyyət abidələrinin foto şərgisi və “Şəhərsalma
və Memarlıq İli”nə həsr olunmuş kitab sərgisi ilə
tanış olublar.
Tədbirdə çıxış edən natiqlər vurğulayıblar ki, Azərbaycan xalqının
zəngin tarixi-mədəni irsinin qorunması, gələcək nəsillərə çatdırılması və təbliği
hər bir vətəndaşın, xüsusilə də ziyalıların qarşısında duran mühüm və müqəddəs
vəzifələrdəndir. Ölkəmizin müxtəlif bölgələrində qorunub saxlanılan tarix və mədəniyyət
abidələri xalqımızın çoxəsrlik tarixinin, milli-mənəvi dəyərlərinin və memarlıq
ənənələrinin canlı nümunələridir. Bu abidələrin mühafizəsi ilə yanaşı, onların
tədqiqi, tanıdılması və ictimaiyyət arasında təbliği
də mühüm əhəmiyyət daşıyır.
Çıxışlarda qeyd olunub ki, kitabxanalar da milli-mədəni irsin təbliğində
mühüm rol oynayan mədəniyyət ocaqlarıdır. Tarix və mədəniyyət abidələri
haqqında məlumatların, elmi və tarixi ədəbiyyatın kitabxanalarda toplanması,
qorunması və oxuculara təqdim olunması irsin gələcək nəsillərə ötürülməsinə
xidmət edir. Bu baxımdan abidədən kitabxanaya uzanan yol, əslində, tarixi
yaddaşın qorunmasından onun bilik və maarif vasitəsilə
yaşadılmasına aparan mənəvi bir körpüdür.
Natiqlər “Şəhərsalma və Memarlıq İli”nin ölkəmizin şəhər və
yaşayış məntəqələrinin tarixi-memarlıq simasının qorunması,
müasir şəhərsalma prinsipləri ilə milli memarlıq ənənələrinin vəhdətinin
təmin edilməsi, eləcə də mədəni irsə diqqətin daha da artırılması baxımından
mühüm əhəmiyyət daşıdığını bildiriblər. İsmayıllı rayonunun ərazisində
yerləşən tarix və mədəniyyət abidələrinin qorunması və tanıdılması
istiqamətində həyata keçirilən tədbirlərin də bu məqsədlərə xidmət etdiyi
diqqətə çatdırılıb.
Tədbirin əsas məqsədi İsmayıllı rayonunda yerləşən tarix və mədəniyyət
abidələrinin tanıdılması və təbliği, onların qorunmasının əhəmiyyəti barədə
ictimaiyyətin, xüsusilə gənc nəslin məlumatlandırılması, milli-mədəni irsə hörmət
və məsuliyyət hissinin gücləndirilməsi, həmçinin kitabxanaların tarixi-mədəni
irsin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasındakı rolunun diqqətə
çatdırılması olub. Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində
milli memarlıq irsinin qorunması, tarix və müasirliyin vəhdətinin təbliği,
ziyalıların və mədəniyyət müəssisələrinin bu istiqamətdə birgə fəaliyyətinin təşviqi
tədbirin əsas məqsədlərindən biri kimi qeyd edilib.
Rəylər
0 Rəy