2026-cı ilin yanvar-iyun aylarında Şuşa rayonunun sosial-iqtisadi inkişafı
Ümumi məhsul buraxılışı. 2026-cı ilin yanvar-iyun ayları ərzində Şuşa rayonunda iqtisadiyyatın əsas sahələri üzrə məhsul buraxılışı əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,2 faiz azalaraq 173611,8 min manat olmuşdur. İstehsal edilmiş məhsulun rayon əhalisinin hər nəfərinə düşən dəyəri 6851,8 manat təşkil etmişdir.
Məhsulun 14699,9 min manatı sənaye
sahəsində, 4480,5 min manatı kənd təsərrüfatı, meşə təsərrüfatı və
balıqçılıq sahəsində, 151532,1 min manatı tikinti sahəsində, 399,5
min manatı nəqliyyat və anbar təsərrüfatı sahəsində, 2499,8 min manatı
isə ticarət; nəqliyyat vasitələrinin təmiri sahəsində istehsal
olunmuşdur.
Sənaye. Sənaye müəssisələrində 2026-cı ilin
yanvar-iyun ayları ərzində məhsul istehsalı 14699,9 min manat olmuş və onun 1,0
min manatı emal sənayesinin (qida məhsullarının istehsalı), 14698,9 min manatı
isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı
sahəsinin payına düşmüşdür.
2025-ci ilin yanvar-iyun ayları ərzində isə yerinə yetirilmiş işlərin dəyəri
20641,3 min manat olmuşdur. 2026-cı ilin yanvar-iyun ayları ərzində sənaye
istehsalının indeksi (sabit qiymətlərlə) 2025-ci ilin müvafiq dövrünə nisbətən
46,6 faiz olmuşdur.
Sənaye müəssisələrində 2026-cı ilin
yanvar-iyun ayları ərzində 198 nəfər çalışmış və onlara 2030,0 min manat
əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı
1708,7 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 102,5 faiz
təşkil etmişdir.
Tikinti. 2026-cı ilin yanvar-iyun ayları
ərzində əsas kapitala 151652,4 min manat investisiya yönəldilmişdir ki, bu da
keçən ilin müvafiq dövrünə nisbətən 66,2 faiz təşkil etmişdir. Əsas kapitala
yönəldilmiş vəsaitin 151532,1 min manatı tikinti quraşdırma işlərinə sərf
olunmuşdur.
Tikinti quraşdırma işlərinin 149649,6 min
manatını dövlət mülkiyyətli, 1882,5 min manatını isə qeyri-dövlət mülkiyyətli
müəssisələr tərəfindən yerinə yetirilmişdir.
2026-cı ilin yanvar-iyun ayları ərzində
tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş tikinti işlərinin həcmi
2600,4 min manat, o cümlədən inşa, yenidənqurma və bərpa işləri üzrə 2529,2 min
manat, sair tikinti işləri üzrə isə 71,2 min manat olmuşdur.
Tikinti müəssisələrində 2026-cı ilin
yanvar-iyun ayları ərzində 64 nəfər çalışmış və onlara 308,4 min manat
əməkhaqqı fondu hesablanmışdır. Bir işçiyə düşən orta aylıq nominal əməkhaqqı
815,9 manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 159,7 faiz
təşkil etmişdir.
Kənd təsərrüfatı. Şuşa rayonu üzrə 2026-cı
ilin kənd təsərrüfatı bitkiləri əkinlərinin qəti uçotu keçirilmişdir. Məlum
olmuşdur ki, Şuşa rayonu üzrə 2026-cı ilin məhsulu üçün 01 yanvar 2026-cı
il vəziyyətə 1845,5 hektar sahədə şumlama işi aparılmış, ondan 592,0 hektarında
buğda, 1117,3 hektarında arpa, 106,7 hektarında isə yaşıl yem üçün
xəsil əkilmişdir. Məhsul yığımı üçün yaz əkininin sonunadək salamat qalan sahə
592,0 hektar buğda sahəsi və 1117,3 hektar arpa sahəsi olmuşdur.
2026-cı ilin məhsulu üçün rayon üzrə yazlıq
əkin də aparılmışdır. Yazlıq əkindən 15,0 hektar sahədə tərəvəz, 3,2 hektar
sahədə kartof, 35,2 hektar sahədə yazlıq yonca və 62,0 hektar sahədə
ərzaq üçün bostan bitkiləri (38,0 hektar yemiş, 24 hektar qarpız)
əkilmişdir.
Beləliklə, 2026-cı ilin məhsulu üçün 2025,4
hektar əkin sahəsi vardır. Bunun 1816,0 hektarı payızlıq, 115,4 hektarı yazlıq
və 94,0 hektarı isə keçən illərdən qalmış yonca sahəsidir. Bundan başqa
rayonumuzda 11,5 hektar bağ sahəsi vardır.
2026-cı ildə 1709,3 hektar sahədə
dənli və dənli paxlalı bitkilər əkilmişdir ki, bu da keçən ilə nisbətən 145,4 hektar və
ya 9,3 faiz çoxdur.
2026-cı ildə 80,2 hektar sahədə kartof,
tərəvəz və bostan bitkisi əkilmişdir ki, bu da keçən ilə nisbətən 2,7 hektar və
ya 3,5 faiz çoxdur.
2026-cı ildə 106,7 hektar yaşıl yem, yəni
xəsil əkilmişdir ki, bu da keçən ilə nisbətən 11,0 hektar və ya 9,3 faiz
azdır.
2026-cı ildə keçən illərdən qalma 94,0
hektar və 35,2 hektar yeni əkilmiş yonca sahəsi olmaqla cəmi 129,2 hektar yonca
sahəsi vardır.
2026-cı ildə 129,2 hektar yonca sahəsi
vardır ki, bu da keçən ilə nisbətən 23,5 hektar və ya 22,2 faiz coxdur.
01 iyul 2026-cı il vəziyyətinə iri
buynuzlu mal-qaranın sayı 4717 baş, inək və camışların sayı
2267 baş, qoyun və keçilərin sayı 26977 baş olmuşdur. Əvvəlki
ilin müvafiq dövrü ilə müqayisədə iri buynuzlu mal-qaranın sayı 336 baş (7,7
faiz), inək və camışların sayı 102 baş (4,7 faiz), qoyun
və keçilərin sayı isə 4458 baş (19,8 faiz) çox olmuşdur.
2026-cı ilin yanvar-iyun ayları
ərzində ət istehsalı 2040,0 sentner (diri çəkidə), süd istehsalı 12650,0
sentner, yumurta istehsalı 640,0 min ədəd, yun istehsalı isə 390,0 sentner
olmuşdur. 2025-ci ilin yanvar-iyun ayları ilə müqayisədə ət istehsalı 3944,0
sentner və ya 65,9 faiz azalmış, süd istehsalı 920,0 sentner və ya 7,8 faiz,
yumurta istehsalı isə 5,0 min ədəd, və ya 0,8 faiz, yun istehsalı 40,0 sentner
və ya 11,4 faiz artmışdır.
2026-cı ilin yanvar-iyun ayları ərzində
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsi üzrə məhsul
buraxılışının həcmi 4480,5 min manat və ya əvvəlki ilin müvafiq dövrü ilə
müqayisədə 47,1 faiz az olmuşdur. Sahə üzrə məhsul buraxılışının 3112,5 min
manatını heyvandarlıq, 1368,0 min manatını isə bitkiçilik məhsulları təşkil
etmişdir.
Nəqliyyat. 2026-cı ilin yanvar-iyun ayları
ərzində nəqliyyat sahəsində məhsul buraxılışının həcmi 399,5 min manat və ya
keçən ilin müvafiq dövrünə nisbətən 18,4 faiz çox olmuşdur.
2026-cı ilin yanvar-iyun ayları ərzində
avtomobil nəqliyyatı ilə 60,0 min ton yük, 402,0 min sərnişin daşınmışdır.
2025-ci ilin müvafiq dövrünə nisbətən yük daşınması 5,3 faiz, sərnişin
daşınması isə 5,5 faiz artmışdır.
Ticarət; nəqliyyat vasitələrinin təmiri.
2026-cı ilin yanvar-iyun ayları ərzində ticarət; nəqliyyat vasitələrinin təmiri
sahəsində məhsul buraxılışının həcmi 2499,8 min manat və ya keçən ilin müvafiq
dövrünə nisbətən 19,2 faiz çox olmuşdur.
Hesabat dövründə rayon üzrə pərakəndə
ticarət dövriyyəsinin həcmi 7575,0 min manat, əhaliyə göstərilən ödənişli
xidmətlərin dəyəri isə 1577,2 min manat olmuşdur. Keçən ilin müvafiq dövrünə
nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 19,2 faiz artmış, ödənişli
xidmətlərin həcmi isə 20,6 faiz azalmışdır.
Muzdlu işçilər və əməkhaqqı.
Şuşa rayonunda 01 iyul 2026-cı il tarixinə 15 və yuxarı yaşda olan əmək
qabiliyyətli əhalinin 72,0 faizini iqtisadi fəal əhali təşkil
etmişdir. İqtisadi fəal əhalinin tərkibində məşğul olanların xüsusi
çəkisi 93,1 faiz olmuşdur.
2026-cı ilin yanvar-iyun ayları ərzində
rayonun iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1864 nəfər, onlara
hesablanmış əməkhaqqı fondu 13053,7 min manat, orta aylıq nominal
əməkhaqqı 1146,9 manat təşkil etmişdir. 2025-ci ilin yanvar-iyun
ayları ərzində isə orta aylıq nominal əməkhaqqı 955,9 manat təşkil etmişdir.
Orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 20,0 faiz
artmışdır.
Yeni iş yerləri. 2026-cı ilin
yanvar-iyun ayları ərzində 56 vahid yeni iş yeri açılmışdır ki, onların da
hamısı daimi yeni iş yeri olmuşdur. Açılan yeni iş yerlərindən 7-si mövcud
müəssisə və təşkilatlarda, 49-u isə yeni yaradılmış müəssisə və təşkilatlarda
açılmışdır.
Demoqrafik vəziyyət haqqında. Şuşa
rayonunun ərazisi 290,0 kvadrat kilometr, əhalisinin sıxlığı isə bir kvadrat
kilometrə 87 nəfər təşkil edir.
2026-cı ilin iyul ayının 1-i vəziyyətinə
Şuşa rayonunun əhalisinin sayı 25338 nəfər olmuşdur. Doğulanların sayı 111
nəfər, ölənlərin sayı 85 nəfər, təbii artım 26 nəfər olmuşdur. Rayon üzrə
nikahların sayı 50, boşanmaların sayı 34 olmuşdur.
Asəf Mikayılov
Şuşa Rayon Statistika darəsinin
rəis
müavini
Rəylər
0 Rəy