Bu rayonun beş bələdiyyəsinin DSMF-yə iki yüz min manatdan artıq borcu var
Belediyye.infonun əldə etdiyi məlumata görə, Oğuz rayonunda formalaşan altı bələdiyyədən
beşinin Dövlət Sosial Müdafiə Fonduna 229.582 manat borcu var.
Oğuz
bələdiyyəsinin 21.300 manat, Kərimli bələdiyyəsinin 9300 manat, Bucaq bələdiyyəsinin
81.330 manat, Xaçmaz bələdiyyəsinin 74.452 manat, Qumlaq -Xalxal bələdiyyəsinin
43.200 manat DSMF borcu var. Borcun müəyyən hissəsi 15 il əvvəl
yaranmış, birləşdirmədən sonra isə yeni formalaşdırılan bələdiyyənin məsuliyyət
dairəsinə düşmüşdür.
Əldə
edilən məlumatda qeyd edilir ki, hər bir borcu olan bələdiyyə ciddi şəkildə
borcun silinməsinə maraqlıdır. Bunun üçün bir sıra vacib addımların atıldığı
deyilir. Lakin əvvəlki illərdən qalmış borcun bu gün operativ şəkildə
bağlanılması mümkün deyildir.
Bələdiyyələr
ümid edir ki, üzləşdikləri bu poblemin aradan qaldırılmasına müəyyən dövlət
qurumları da öz dəstəyini göstərəcəkdir.
Beləliklə, Oğuz rayonunda formalaşan beş bələdiyyəni də əlavə etsək, Gədəbəy, Yardımlı, Qax və Kürdəmir rayonunda formalaşan 34 bələdiyyələrin ümumilikdə 978.873 manat DSMF-yə borcu var.
Belediyye.info
Rəylər
0 Rəy